Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Nyu York polisinə xəbərdarlıq edildi

Şəhər Polis İdarəsinin rəisi işçiləri geyimlərinə fikir verməyə çağırıb

ABŞ-da Nyu York şəhər Polis İdarəsinin rəisi Reymond Kelli qurumun bütün əməkdaşlarına üzərində departamentin loqotipi, o cümlədən yumor xarakterli şüarlar yazılan futbolkalar geyməyi qadağan edib. Bu barədə “New York Post” qəzeti xəbər yayıb. 

 

Belə ki, idarənin əməkdaşları, müstəntiqləri arasında son vaxtlar iş yerinə, hətta cinayət yerinə belə, qeyri-ciddi geyimlərdə gələnlərin sayının artması, polis rəisini özündən çıxarıb. İdarə başçısı “New York Post” qəzetinə verdiyi müsahibədə, departament rəhbərliyinin polisin xarici görünüşünün belə yolverilməz, lağ-lağa qizmində təzahür etməsinə yol verməyəcəklərini diqqətə çatdırıb. 

 

“Qara siyahıya” yalnız bayağı ifadələrdən və şüarlardan ibarət köynəklər deyil, eyni zamanda, peşəylə bağlı zarafatların yer aldığı futbolkalar da salınıb. Belə ki, müstəntiq “Mənim işim, sənin axırın çatandan sonra başlayır ” kimi şüarın yer aldığı futbolkada işə gəlmək niyyəti olsa, o zaman rəhbərliklə qabaqcadan məsləhətləşməli olacaq.






2 Fevral, 2012  04:05 Baxılıb: 852 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner