Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Qızını 5 min lirəyə satdı

6 ildən sonra ticarət müqaviləsi bağlayan şəxslər həbs olundu

Antalyada 5 min lirəyə 12 yaşlı qızı alan şəxs həbs olunub. Simsar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin qız 6 il əvvəl atası OsmanY. tərəfindən satılıb. Qızı alan 54 yaşlı Yusif A. isə inşaat mallarının ticarəti ilə məşğul olub.

Qızın şəklinin də yapışdırıldığı müqavilədə atası belə yazıb: «Qızımı 5 min TL-yə satdım. 12 fevral 2006-cı il tarixində qızım E.Y-ni Yusif A.-ya təslim edirəm. Pulu nəğd aldım. Yuxarıdakı tarixdən etibarən Yusif A.-nın nəzarəti altında olacaq. Ata olaraq razılıq göstərirəm». Müqavilənin sonunda isə qızın sözləri qeyd olunub: «Atamın razılığını mən də qəbul edirəm».

Sonradan məlum olub ki, Osman Y.-nın oğlu Yusif A.-nın dükanında çalışırmış. Kiçik qızı alan işadamı onu otelə apararaq, təcavüz edib.

Məsələnin üstünün açılmasına isə 18 yaşlı qızın məktəbdə inşa yazısı yazması səbəb olub. Müəllimin «Sizə əziyyət verən bir hadisəni yazın» tapşırığından sonra qız ağlayaraq, bayıra qaçıb. Müəllim arxasınca çıxaraq, onun dərdini soruşub. Qız olanları müəllimə danışıb.

Atası öz ifadəsində bildirib ki, qızı alan Yusif A. «dərin dövlət» işləri ilə məşğul olduğunu və qızı da bu məqsədlə aldığını bildirib.

Xatirə






1 Fevral, 2012  21:25 Baxılıb: 925 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner