Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Eldar Qasımov sevgi haqqında danışdı

“Təəssüf ki, son vaxtlar çox tez-tez insanların getdikcə əsl sevgiyə və möcüzələrə daha az inandıqlarının şahidi oluram”

“Yeni mahnım bir qayıdışdır... Dostlarımın yanına qayıdıram! Bu mahnıda həm pərəstişkarlarımdan, həm mənim özümdən, həm də artıq ömrümüzün ayrılmaz bir hissəsinə çevirilən, keçən əziyyətli, əsəbi və eyni zamanda ləzzətli ildən bəhs olunur! Lirik mahnılar, böyük kütləyə, auditoriyaya və dinləyicilərə ruhumu və ürəyimi göstərir. Mən onları “Sevgi melodiyaları” adlandırıram. Bu cür mahnılar məni çox yaxşı xarakterizə edir”.

Simsar.az-ın məlumatına görə, bu fikirlər “Eurovision” mahnı müsabiqəsinin qalibi Eldar Qasımova məxsusdur. Onun yeni mahnısının musiqisi Mərkəz Records leybli və Toniyə, sözləri isə Zəhra Bədəlbəyliyə məxsusdur.

Eldar deyir ki, bu mahnı üzərində komanda şəklində çox uzun müddət çalışıblar: “Yeni mahnımız işıq üzü görsün deyə biz Mərkəz Records və Toni ilə sıx əməkdaşlığa başlamışıq. Əvvəldən planlaşırdı ki, mahnı Yeni il münasibəti ilə təbrik mahnısı olsun və Zəhra xanım artıq bu mövzuda sözləri yazmışdı. Vaxt keçirdi, mən mahnını yazdırırdım, qulaq asırdıq, sonra yenidən yazdırırdım və yenə də qulaq asıb hamımız qiymət verirdik. İstədiyimiz nəticəyə nail olmaq üçün mahnını dəfələrlə söküb yenidən qururduq. Sonda biz yaxşı, ürəkli bir mahnı etmək qərarına gəldik”.

Mahnısının Azərbaycan dilində olduğunu diqqətə çatdıran Eldar Qasımov mövzunun sevgidən olduğunu da əlavə edib və sevgiylə bağlı fikirlərini bölüşüb. : “Təəssüf ki, son vaxtlar çox tez-tez insanların getdikcə əsl sevgiyə və möcüzələrə daha az inandıqlarının şahidi oluram. Halbuki bu iki gözəl şey buxarlanmayıb, heç bir yerə itməyib, onlar həmişə bizim yanımızdadır. İnsanlar hər gün öz problemləri ilə bu iki gözəl hissi özləriin içində dəfn edirlər. Onlar qəddar həyat qarşısında hissiz və duyğusuz görünməyə çalışırlar. Və mən hamını çox yaxşı başa düşürəm! Ancaq biz hamımız olduqca səmimi olmağa çalışmalıyıq, möcüzələrə və məhəbbətə inanmalıyıq, onları özümüzə cəlb etməliyik. Bəzi insanlarda bu alınır! Bizdə də mütləq alınacaq! Mən buna inanıram!”

Səmimiliyi ilə çoxlarından fərqlənməyi bacaran gənc və qalib müğənni, uzun müddətdir görünməməyinin səbəblərinə də toxunub. O bildirib ki, “Eurovision”dan dərhal sonra filmdə çəkilməyə təklif alıb: “Aldığım film təklifini mən də böyük məmnuniyyətlə qəbul elədim. Çəkilişlər təxminən iki ay çəkdi, sonra isə daimi səyahətlər, turne, yenə də çəkilişlər və daha nələr, nələr...Bir müddət mən öz pərəstişkarlarımdan, dostlarımdan ayrıldım, halbuki həmişə sosial şəbəkələrdə onlarla ünsiyyətdə idim. Hamınız üçün çox darıxmışdım. İçimdə hiss edirdim ki, mütləq müsbət, pozitiv bir mahnı ilə yanınıza qayıtmalıyam, hansı ki insanlara müsbət emosiyalar bəxş edəcək. Bu mahnı keçən ilin birgə yaşadığımız ən xoşbəxt anlarını bütün insanların yadına salacaq.
Zəhra xanım çox operativ dərhal ürəyimə düşən yeni sözlər yazdı. Çox sadə, asan və ən əsası hər dinləyən kəs də gözəl hisslər yaşadacağına inanıram. Bu mahnım da bütün sadaladıqlarım var və sevəcəyinizə inanıram. Eləcə də musiqi ilə alındı. Mərkəz Records və Toni kompozisiyanın müxtəlif variantlarını təklif edirdilər. Biz isə ən uğurlu, müsbət və ilk qulaq asmadan sonra dərhal yaddaqalan melodiyanı seçdik”.






1 Fevral, 2012  21:21 Baxılıb: 2880 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner