Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Musavatçı gənclər 3 sutka azadlıqdan məhrum edilib

Polis onları içkili halda səfirliyin binasına girməyə cəhddə ittiham edib

Fevralın 1-də Səbail Rayon Məhkəməsinin qərarı ilə Müsavat Partiyası Gənclər Təşkilatının üzvləri Tural Hacıbəyli və Amid Süleymanovun hər birinə 3 sutka inzibati həbs cəzası verilib.

 Müsavat Məclisinin üzvü Mustafa Hacıbəyli Simsar.az saytına bildirib ki, hakim Fuad Hüseynov prosesi qapalı keçirib.

Tural Hacıbəyli və Amid Süleymanovu polis yanvarın 31-də İranın Bakıdakı səfirliyinin önündə saxlayıb.

Gənclər paytaxtın Axundov bağının yanındakı kafelərin birində Azərbaycan Demokratik Respublikasının qurucusu Məhəmməd Əmin Rəsulzadənin doğum günü ilə əlaqədar ziyafətdən çıxırmışlar. Tədbir qurtarandan sonra evə gedən gəncləri polis içkili halda səfirliyin binasına girməyə cəhddə ittiham edib. Tural Hacıbəyli və Amid Süleymanov yanvarın 31-i axşamdan polis bölməsində saxlanıblar, fevralın 1-də isə onların işi məhkəməyə verilib.






1 Fevral, 2012  20:35 Baxılıb: 819 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner