Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Pakistan Xocalı soyqırımını tanıdı

Bu barədə qətnamənin təşəbbüskarı senator Hacı Qulam Əli bildirib

Pakistan Senatı Azərbaycanın Xocalı şəhərində baş vermiş hadisələri soyqırımı kimi tanıyıb.

Çərşənbə günü Pakistan Senatının Beynəlxalq münasibətlər komitəsinin iclasında 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələri tərəfindən törədilən faciəli hadisələrin soyqırım kimi tanınması barədə qətnamə yekdilliklə qəbul edilib. Bu barədə Trend-ə qətnamənin təşəbbüskarı senator Hacı Qulam Əli İslamabaddan telefonla bildirib.

Bu komitənin qərarı əsasdır və Senatın özünün qərarı hesab edilir.
Sənəddə göstərilir ki, Senat Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğalını və 1992-ci ilin fevralında erməni silahlı birləşmələri tərəfindən törədilən soyqırımı pisləyir. Senat bir daha Azərbaycan ərazilərinin toxunulmazlığını təsdiqləyir və onun beynəlxalq çərçivədə qəbul olunmuş sərhədlərini tanıyır.

Senat habelə beynəlxalq ictimaiyyətdən Ermənistanı BMT TŞ-nin Dağlıq Qarabağ üzrə qəbul etdiyi qətnamələri yerinə yetirməyə çağırmağı xahiş edir, eləcə də Xocalıdakı faciəli hadisələrin günahkarlarının məsuliyətə cəlb edilməsinə çağırmağı tələb edir.
"Pakistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində həmişə Azərbaycanın yanında olacaq", - senator deyib.

1992-ci il fevralın 26-da Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərinin mülki əhalisinə hücum ediblər və onların beynəlxalq ictimaiyyət tərəfindən soyqırımı kimi tanınan əməlləri nəticəsində öz etnik mənsubiyyətinə görə yüzlərlə adam qətlə yetirilib.

Bir az əvvəl Meksika Senatı Azərbaycanın Xocalı şəhərində baş vermiş hadisələri soyqırım kimi tanıyıb.

1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələri Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı soyqırım aktı həyata keçirib. Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilib, dinc sakinlərə amansızcasına divan tutulub. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyulub, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilib, 487 dinc Xocalı sakini ağır yaralanıb və 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.






1 Fevral, 2012  20:05 Baxılıb: 739 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner