Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Millət vəkili Türkiyə parlamentinə müraciət edəcək

"Bu həm də bizim birlik və bərabərliyimizə bir sübut olardı"

Parlamentin bu gün öz işinə başlayan yaz sessiyasının ilk iclasında millət vəkili Qənirə Paşayeva Xocalı faciəsinin 20-ci il dönümü ilə bağlı Türkiyə Böyük Millət Məclisinə (TBMM) müraciət ünvanlanması təklifi ilə çıxış edib.

O, bildirib ki, o, Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü kimi parlament adından TBMM-ə müraciətin göndərilməsinin tərəfdarıdır:

“Bildiyiniz kimi qarşıdan Xocalı faciəsinin 20-ci il dönümü gəlir. Bu baxımdan təklif etmək istərdim ki, TBMM-ə müraciət edək və həmin müraciətimizdə Türkiyə parlamentindən Xocalı soyqırımı ilə bağlı müzakirələrin açılmasını qeyd edək.

Türkiyə parlamenti tərəfindən bu məsələnin müzakirə olunması Xocalı faciəsinin soyqırımı kimi tanınması çox vacibdir. Bu həm də bizim birlik və bərabərliyimizə bir sübut olardı, həm də bununla göstərə bilərdik ki, gerçək soyqırım nədir, soyqırımı kimlər törədib”.






1 Fevral, 2012  19:53 Baxılıb: 948 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner