Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

LAMİYƏ NOVRUZOVADAN YENİ KLİP

Müğənni yenə də latviyalılara üz tutub

Bu gün gənc müğənni Lamiyə Novruzova sözləri Ramiz Rövşənə, musiqisi Elçin İmanova məxsus “Səni sevdim... sevilmədən” adlı mahnısının klip təqdimatını keçirdi. Təqdimata sənət nümayəndələrindən ancaq mahnının musiqi müəllifi və müəlliməsi əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədlini dəvət edən Lamiyə növbəti layihəsini həm də jurnalistlərlə bölüşməyə üstünlük vermişdi.
Qeyd edək ki, ekran işinin ərsəyə gəlməsində latviyalı rejissor Gerri Pavlov (əsl adı Jeraldisdir) və operator Feliksas Abrukausasın rolları var, hansı ki, müğənninin yarım il öncə populyar olan “Bilirəm, gələn deyilsən” adlı mahnısını da ekranlaşdırmışdılar. İlk klipdən fərqli olaraq, yeni klip Latviyanın paytaxtı Riqa şəhərinin yaxınlığında yerləşən Suqul meşəsində çəkilib.
Təqdimatda Elçin İmanov Lamiyənin müğənni Eyyub Yaqubovdan sonra ikinci uğurlu tapıntısı olduğunu vurğuladı. Lamiyə ilə işbirliyinin həm də uğurlu alınması səbəbini müğənninin poeziya vurğunu olması və muğama hədsiz bağlı olması kimi göstərdi. Bəstəkar Nailə Mirməmmədli isə onun fərqliliyini Mirməmmədlilər məktəbindən gələn özəllik kimi vurğuladı.

Azər Nəsibov






1 Fevral, 2012  19:49 Baxılıb: 1162 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner