Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Polis sistemində işləmək istəyənlərə şad xəbər

Daxili işlər orqanlarında İşə qəbul elan edilib

Daxili İşlər Nazirliyi aşağıdakı polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə işə qəbul müsabiqəsi elan edir. DİN-in mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, ümumilikdə post-patrul və yol patrul xidmətlərində vakant olan yerləri tutmaq məqsədilə keçirilən müsabiqədə silahlı qüvvələrdə həqiqi hərbi xidmət müddətini tam başa vurmuş kişilər, yaşı 20-dən az, 30-dan çox olmayan, boyu 175 santimetrdən yuxarı olan, düzgün bədən quruluşlu və idman cüssəli, tam orta və ya orta ixtisas və ya ali təhsilli (YPX inspektoru vəzifələrinə isə avtomobil nəqliyyatına aid olan orta-ixtisas və ya ali təhsilli, sürücülük vəsiqəsi olan) və "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. 


Müsabiqə zamanı kompüterlə işləmək qabiliyyətinə malik olan və xarici dillərdən birini sərbəst bilən şəxslərə üstünlük verilir. Şərtlərə uyğun gələn, müsabiqədə iştirak etmək arzusu olan, vakant olan vəzifələrə müsabiqə elan olunmuş orqanların yerləşdiyi və ona qonşu ərazilərdə qeydiyyatda olan şəxslər həmin polis orqanına ərizə ilə müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

- şəxsiyyət vəsiqəsi;
- təhsil haqqında sənədin əsli;
- hərbi bilet (kişilər üçün);
əmək kitabçası (olanlar üçün);
Müsabiqə iki mərhələdə keçiriləcəkdir. Test imtahanları və müsahibə. Test imtahanının müvəffəqiyyətlə vermiş namizəd müsahibəyə buraxılacaqdır. Fiziki hazırlıq üzrə ödənilməli normativlər, test imtahanı barədə məlumatlar DİN-in www.mia.gov.az ünvanlı veb saytında yerləşdirilib.

Müsabiqədə iştirak etmək üçün sənədlər 2012-ci il fevral ayının 1-dən mart ayının 1-dək hər gün (şənbə və bazar günlərindən başqa) saat 10-dan 17-dək qəbul olunur. Əlavə məlumat almaq istəyənlər DİN-in Baş Kadrlar İdarəsi ilə 590-93-27 nömrəli telefonla əlaqə saxlaya bilərlər.






1 Fevral, 2012  19:20 Baxılıb: 1174 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner