Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

OQTAY ƏSƏDOV: “FRANSA HƏMSƏDRLİK ÜÇÜN MƏNƏVİ HAQQINI İTİRİB, LAKİN HÜQUQİ HAQQINI İTİRMƏYİB”

"Azərbaycan və Türkiyə birlikdə bunun üçün bütün vasitələrdən istifadə edir və edəcək"

Milli Məclisin 1 fevral iclasında Fransanın ATƏT-in Minsk qrupundan kənarlaşdırılması təklif olunub.

Simsar.az saytının məlumatına görə, deputatlar Zahid Oruc və Vahid Əhmədovun qaldırdığı bu məsələyə münasibət bildirən Milli Məclisin sədri Oqtay Əsədov deyib: “Fransa həmsədrlik üçün mənəvi haqqını itirib, lakin hüquqi haqqını itirməyib. Biz müəyyənləşdirməliyik ki, Fransanın uzaqlaşdırılmasının hüquqi forması necədir. Bu bizim istəyimizdən asılı məsələ deyil. Məsələ gündəmdədir, Azərbaycan və Türkiyə birlikdə bunun üçün bütün vasitələrdən istifadə edir və edəcək”.

ATƏT-in Minsk qrupu 1992-ci ilin martında yaradılıb. Qrupda 13 ölkə təmsil olunur: Azərbaycan, Ermənistan, Almaniya, Belarus, Finlandiya, İtaliya, İsveç, Niderland, Portuqaliya, Türkiyə, Rusiya, Fransa, ABŞ.

Minsk qrupunda həmsədrlik institutu 1994-cü ilin dekabrında ATƏT-in Budapeşt zirvə toplantısında təsis olunub. 1997-ci il yanvarın 1-dən ATƏT-in Minsk qrupuna ABŞ, Rusiya və Fransa həmsədrlik edirlər.

“Erməni soyqırımı”nı inkara görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun Fransa Senatından keçməsindən sonra çoxları belə hesab edir ki, açıq ermənipərəst mövqe tutduğuna görə Fransa Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olmaq haqqını itirib. Bəzi ekspertlər Azərbaycanın Fransanı həmsədrlikdən uzaqlaşdırmaq prosedurasına başlamalı olduğunu vurğulayırlar.






1 Fevral, 2012  18:18 Baxılıb: 739 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner