Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

AZƏRBAYCANIN ADI DƏYİŞDİRİLSİN!

İqtidar və müxalifət deputatlarından şok təklif 

Millət vəkilləri Parlamentin çərşənbə günü keçirilən iclasında Azərbaycan Respublikasının adının dəyişdirilməsini təklif ediblər.

Simsar.az-ın məlumatına görə, hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkili Siyavuş Novruzov deyib ki, son zamanlar ictimaiyyət arasında Azərbaycanın Şimali Azərbaycan adlandırılması barədə təkliflər irəli sürülür.

"Dünya praktikasında Şimali və Cənubi Koreya, Şimali və Cənubi Kipr kimi dövlət nümunələri var. Azərbaycanın da parçalanmaya məruz qalmış dövlət kimi Şimali Azərbaycan adlandırılması daha məqsədəuyğun olardı", - o bildirib.

Bütov Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev isə qeyd edib ki, Azərbaycanın üçdə ikisi Cənubi Azərbaycana, üçdə biri isə Azərbaycan Respublikasına aiddir.

"Ona görə də ölkəmizin adının dəyişdirilib Şimali Azərbaycan qoyulmasına tam əsas var", - Həsənquliyev əlavə edib.

O qeyd edib ki, Gülüstan və Türkmənçay müqavilələrinin Azərbaycan xalqının iradəsindən kənar qəbul olunduğu üçün ləğv olunmasına nail olunmalıdır.

Millət vəkili Fəzail Ağamalı çıxışında bildirib ki, Azərbaycan tarixinə onun bütövlüyü həkk olunsa da, hüquqi sənədlərdə bu, öz əksini tapmır. O deyib ki, növbəti referendum keçirilərsə, Azərbaycan Konstitusiyasının 11-ci maddəsinə Azərbaycanın Şimali, Cənubi və Qərbi Azərbaycandan ibarət olması əlavə olunmalıdır.






1 Fevral, 2012  18:03 Baxılıb: 1063 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner