Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Magistraturaya ərizə qəbulunun və ilk imtahanın vaxtı açıqlanıb

İlk imtahan fevralın 26-da keçiriləcək

Fevralın 8-də Azərbaycanda magistraturaya ərizə qəbulu başlayacaq. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Magistratura şöbəsinin müdiri Natiq Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib. Bakalavrlar “bakalavrın elektron ərizə forması”nı fevralın 8-dən 16-dək olan müddətdə dolduraraq fevralın 8-dən 17-dək şənbə və bazar günləri istisna olmaqla, saat 9-dan 17-dək təsdiq etdirməlidirlər.
Elektron imzadan istifadə edən bakalavrlar istisna olmaqla, qalan bakalavrlar ərizələrini təsdiq etdirmək üçün sənəd qəbulu komissiyalarına (SQK) tələb edilən sənədlərin əslilərini şəxsən təqdim etməlidirlər.

Son tədris ilinin məzunları “bakalavrın elektron ərizəsi forması”nı bitirdikləri ali təhsil müəssisəsində yaradılan SKQ-da təsdiq etdirəcəklər. Ali məktəbləri əvvəlki illərdə bitirənlər və nəzdində SKQ fəaliyyət göstərməyən ali təhsil müəssislərinin bu ilki məzunları bakalavrın elektron ərizə formasını ali təhsil müəssisələrində yaradılan istənilən bir SKQ-da təsdiq etdirə bilərlər.
Xarici ölkələrdə ali təhsil alan Azərbaycan vətəndaşları, əcnəbi və ya vətəndaşlığı olmayan ali təhsilli şəxslər bakalavrın elektron ərizəsi formasını TQDK-da yaradılan SQK- da təsdiq etdirəcəklər.

N. Əliyev onu da deyib ki, magistraturaya ilk imtahan fevralın 26-da keçiriləcək. Bakalavrlara ümumi intellekt səviyyəsinin yoxlanması üçün 50, xarici dil üzrə 25, informatika üzrə 25 test tapşırığı təqdim olunacaq.

İmtahanlar test üsulu ilə iki mərhələdə olacaq. Hər iki mərhələdə bakalavrın hər bir test tapşırığına düzgün cavabı 1 balla qiymətləndiriləcək. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərməyəcək.






1 Fevral, 2012  16:12 Baxılıb: 848 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner