Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Fransa Senatının sədr müavini YAP-ın sorğusuna cavab verib

“Üç səbəbə görə yersiz və lazımsız görünən qanun mətninə səsvermədə iştirak etməmişəm”

Fransa Senatının sədr müavini Jan-Klod Karl Yeni Azərbaycan Partiyasının Gənclər birliyinin müraciətinə cavab verib. Partiyanın mətbuat xidmətindən Simsar.az-a daxil olan məlumata görə, fransız deputat gənclərin Senata ünvanladığı müraciəti dəstəklədiyini qeyd edib: “Qanunla tanınmış soyqırımların inkarının cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin 23 yanvar tarixində Senatın açıq seansında müzakirəyə çıxarılması ilə bağlı yazdığınız məktubunuzu aldım və buna görə sizə təşəkkürümü bildirirəm. Əmin ola bilərsiniz ki, mən 3 səbəbə görə yersiz və lazımsız hesab etdiyim həmin qanun layihəsi barədə sizin mövqeyiniz və müşahidələrinizlə böyük diqqətlə tanış oldum. Mənə gəldikdə, öz adımdan onu deyə bilərəm ki, mənə aşağıdakı 3 səbəbə görə yersiz və lazımsız görünən qanun mətninə səsvermədə iştirak etməmişəm. Ən birinci, tarixə qiymət verilməsi Fransa Parlamentinin işi deyil: bu tarixçilərdən ibarət bir missiyanın işidir və mən hesab edirəm ki, beynəlxalq səviyyədə olan tarixçilər qrupunun olması məqsədəuyğun olardı. Digər tərəfdən, hal-hazırda, bizdə mövcud olan qanunvericilik və konstitusional baza neqasionistləri cəzalandırmağa imkan verir. Nəhayət, Fransa parlamentinin təcili hərəkət etməli olduğu məsələlər yaddaş üçün qanunların qəbul edilməsi deyil. Mənə ünvanlanan məktubda ünvanları göstərilməyən digər dostlarınıza da bu mövqeyi çatdıracağınız üçün sizə təşəkkürümü bildirirəm. Məktubu alacağınız ümidi ilə, sizə xüsusi ehtiramımı ifadə edir və sizi hər an dinləməyə hazır olduğumu bir daha bildirirəm”.

Xatırladaq ki, YAP Gənclər Birliyi yanvarın 19-da Fransa Senatına və hər bir senatora qondarma erməni soyqırımını inkara görə cəzanı nəzərdə tutan qanuna etiraz olaraq müraciət ünvanlamışdı.






1 Fevral, 2012  16:03 Baxılıb: 692 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner