Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Xocalı soyqırımı İtaliyada da müzakirəyə çıxarıldı

Bu hadisənin soyqırım aktı kimi qəbul olunmasının vacibliyi vurğulanıb

İtaliyada Xolokostla bağlı keçirilən konfransda Xocalı faciəsindən də danışılıb.

 Bu haqda Simsar.Az-a Güney Azərbaycan İstiqlal Partiyasının Hollandiya üzrə nümayəndəsi Araz Ataxan bildirib.

“Tədbirdə Güney Azərbaycan İstiqlal Partiyası dəvətli kimi iştirak edirdi. Xüsusilə, konfransda yəhudi xalqının soyqırıma məruz qalması XX əsrin ən dəhşətli faciələrindən biri sayıldığı qeyd edilib.

Eyni zamanda, 1918-c ildə Azərbaycanda yaşayan dağ yəhudilərinin, Güney Azərbaycan və digər bölgələrdə yaşayan Azərbaycan türklərinin ermənilər tərəfindən soyqırım edilmələri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Həmçinin, Ermənistan silahlı qüvvələrinin və keçmiş SSRİ 366-cı motoatıcı alayla birgə təşkil etdiklər hücumlar nəticəsində 1992-ci ildə fevral ayının 26-da Xocalının yerlə-yeksan edilməsi və insanlarının kütləvi sürətdə öldürülmələri əsrin insanlıq tarixində utanc gətirəcək hərəkətlərindən sayılması yanaşı, dövlətlər tərəfindən bu hadisənin soyqırım aktı kimi qəbul olunmasının vacibliyi vurğulanıb”

Konfransda Azərbaycanın tolerant bir ölkə olduğunu və hazırda digər millətlərin rahat, azad yaşadıqları bildirilib.






1 Fevral, 2012  15:45 Baxılıb: 972 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner