Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Soruşmaq Ayıb Olmasın?!” məlumat-sorğu xidməti fəaliyyətə başlayıb

118 xidməti pullu fəaliyyət göstərəcək 

Azərbaycanda ilk dəfə bir neçə xidməti bir araya gətirən və beləliklə istifadəçilərə çeviklik təklif edən məlumat-sorğu xidməti istifadəyə verilir.

Simsar.Az-ın verdiyi xəbərə görə, “118” məlumat-sorğu xidməti bütün Azərbaycanı əhatə etməklə üç dildə təqdim olunur.

“Soruşmaq Ayıb Olmasın?!” lozunqu ilə Bakı şəhərinin müxtəlif yerlərində reklam olunan 118 məlumat-sorğu xidməti bununla yanaşı sosial şəbəkələrdə də aktiv müzakirə mövzusuna çevrilib.

Lozunqun açıqlaması məhz xidmətin üç rəqəmdən ibarət olan sadəcə 118 qısa nömrəsidir ki, istənilən zaman, istənilən yerdən, lazımi məlumatın əldə edilməsi üçün nəzərdə tutulub. Onu da qeyd etmək lazımdır ki, 118 məlumat-sorğu xidmətinə zənglər həm şəhər telefonlarından, həm də Azərbaycanda fəaliyyət göstərən bütün mobil operatorlardan sadəcə 118 yığmaqla mümkündür.

Hal hazırda Azərbaycanda ən geniş məlumat bazalarından birinə malik olan 118 xidmətinə məlumat-sorğu funksiyasından başqa turizm, xatırlatma xidməti, yolda təmir xidməti, nativ maşın xidməti, evakuator və ayıq sürücü kimi xidmətlər də daxildir. Xidmətin üstünlüklərindən biri azərbaycan, rus və ingilis dillərində təqdim olunmasıdır.

Bununla yanaşı həftənin 7 günü, 24 saat ərzində istifadəçilərə xidmət göstərən 118 məlumat-sorğu xidmətinə Azərbaycanın istənilən yerindən zəng etmək mümkündür. Bunun üçün prefikssiz sadəcə 118 qısa nömrəsini bilmək kifayətdir.

Təqdim olunan xidmətin dəyəri istifadəçilərin tələbatı və imkanlarını nəzərə alaraq dəqiqəsi 0.42 qəpik olaraq müəyyən edilib. Xidmət bazasını genişləndirməkdə davam edən 118 məlumat-sorğu xidməti yanvarın 31-dən fəaliyyətə başlayır.






1 Fevral, 2012  15:40 Baxılıb: 1640 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner