Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Dövlət Komitəsi “Human Rights Watch”un yazdıqlarına münasibət bildirdi

"İradlarınız həqiqəti əks etdirmir"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) “Human Rights Watch” təşkilatının insan haqlarının dünyadakı vəziyyətinə dair hesabatında Azərbaycanda etiqad azadlığının vəziyyəti hissəsi ilə bağlı açıqlama yayıb.

Komitənin mətbuat xidmətindən APA-ya daxil olan açıqlamada “Human Rights Watch” təşkilatının dünyada insan haqları ilə bağlı illik icmalı insan haqlarının qorunması istiqamətində göstərilən səylərdən biri kimi qiymətləndirilib və bu təşəbbüs müsbət dəyərləndirilib.

Bununla yanaşı vurğulanıb ki, indiki zamanda Azərbaycan Respublikasında dini etiqad azadlığı tamamilə təmin edilir, dini durum sabitdir, ölkədəki dini tolerantlığın səviyyəsi yüksəkdir, dini mövzularda beynəlxalq konfranslar və görüşlər keçirilir, dini əqidəsinə görə vətəndaşlar arasında heç bir ayrı-seçkiliyə yol verilmir: “Təşkilatın hesabatında bildirilir ki, qanunlarda edilmiş əlavə və dəyişikliklərlə guya dini qurumlar üzərində daha çox məhdudiyyətlər qoyulur. Digər demokratik dünyəvi dövlətlərdə olduğu kimi, Azərbaycan Respublikasında dini etiqad azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda ictimai təhlükəsizlik mənafeləri, ictimai qaydanın təmin edilməsi, sağlamlığın, mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Bu məsələ “Dini etiqad azadlığı haqqında” qanunda əks olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə zərurətdən yaranan düzəlişlərin edilməsi ölkədəki dini tolerantlıq mühitini qoruyub saxlamaq, dini duruma mənfi təsir göstərən halların qarşısının alınması məqsədilə edilib.

Hesabatda bildirilir ki, 2010-cu ilin iyun ayında Gəncə şəhərində “Yehovanın şahidləri”nin toplantısının qarşısı polis tərəfindən alınıb. Məlumat üçün bildiririk ki, “Dini etiqad azadlığı haqqında” qanunun 12-ci maddəsinin birinci bəndinə əsasən bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyətində (DQİDK-da) dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilərlər. 2010-cu ilin iyun ayında Gəncədəki “Yehovanın şahidləri” icması Dövlət Komitəsində qeydiyyatdan keçmədən fəaliyyət göstərərək dini toplantılar təşkil etməyə cəhd edib, bunun qarşısı polis tərəfindən alınıb. Tədbirin qarşısını alarkən polis əməkdaşları İnzibati Xətalar Məcəlləsinin “Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması”nı əks etdirən 299-cu maddəni (299.0.2. dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydalarının pozulması) rəhbər tutublar. Göründüyü kimi, Gəncə şəhərində “Yehovanın şahidləri” dini icmasına mənsub bir qrup şəxs “Dini etiqad azadlığı haqqında” qanunun 12-ci maddəsini pozmaqla inzibati xəta törədiblər. Əlavə olaraq bildiririk ki, dini qurumlar tərəfindən qanun pozuntusuna yol verilmirsə, onların fəaliyyətinə hökumət tərəfindən heç bir maneə və ya nəzarət olunmur”.

Açıqlamada “Yehovanın şahidləri”nin Gəncə dini icmasının qeydiyyata alınmamasının səbəblərinə də aydınlıq gətirilib: “Azərbaycanda dini icmaların qeydiyyat qaydaları çox sadədir. Bunun üçün vətəndaşdan qanunla müəyyən edilmiş minimal sayda və toplanması asan olan sənədlər tələb olunur. Dini qurumların qeydiyyatdan keçmə prosesində heç bir süründürməçiliyə yol verilmir”.

İcmalda qeyd edilən vahid məktəbli formasına keçidlə bağlı yaranmış hicab probleminə dair isə Komitə tərəfindən bunlar bildirilib: “Qadınların orta ümumtəhsil məktəblərində və universitetlərdə hicab taxmalarının qarşısının alınması Təhsil Nazirliyinin və təhsil müəssisələrinin səlahiyyətlərinə aiddir. Bu məsələ “Təhsil haqqında” qanunun 14.10-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, Azərbaycan Respublikasında bütün təhsil müəssisələrində təhsil alanların geyim formaları təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir. Digər məhdudlaşdırıcı qanunvericilik aktları mövcud deyil. Bütün demokratik dünyəvi dövlətlərdə olduğu kimi, Azərbaycan Respublikasında da vahid məktəbli formasının tətbiqi vicdan azadlığının pozulması kimi qələmə verilə bilməz”.

Hesabatda qeyri-qanuni fəaliyyət göstərən Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun və digərlərinin həbsinə dair qeydlə bağlı isə DQİDK bildirib ki, baş vermiş hadisələr kriminal xarakter daşıyır və bunu dini etiqad azadlığının pozulması, eləcə də dini ayrı-seçkiliyə yol verilməsi kimi qələmə vermək tamamilə əsassızdır.






31 Yanvar, 2012  19:10 Baxılıb: 838 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner