Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

FHN-DƏN VƏTƏNDAŞLARA “BUZDA NECƏ YERİMƏLİ” MƏSLƏHƏTİ

“Ayaqqabının dabanlarına metal, quru altlığa isə leykoplastır yaxud izolyasiya lenti yapışdırın”

Bakıda yolların buzlaşması ilə əlaqədar indiyədək 40-a yaxın insan sürüşmə nəticəsində müxtəlif dərəcəli travma alıb.
Simsar.az-ın məlumatına görə, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib ki, quruma müraciət edən şəxslərə təcili yardımlar edilib.

İnsanlar daha çox metroların çıxışında və səkilərdə sürüşüb, yıxılırlar. Avtomobil yolları qar və buzdan təmizlənsə də, səkilərə, metronun pilləkənlərinə fikir verən yoxdur.

Bəs vətəndaşlar buzda yıxılmamaq üçün nə etməlidilər?

Simsar.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən bildirir ki, insanlar zədə almaq ehtimalını azaltmaq üçün tədbirlər görməlidilər.
“Az sürüşən ayaqqabı hazırlayın, ayaqqabının dabanlarına metal, quru altlığa isə leykoplastır yaxud izolyasiya lenti yapışdırın. Altlığı qum, yaxud sumbata kağızı ilə də sürtmək olar. Ehtiyatla, tələsmədən, ayağınızı ayaqqabı altlığının üstünə
bütövlükdə basaraq hərəkət edin. Bu zaman ayaqlar bir qədər boş olmalı, əllərdə isə ağır yük olmamalıdır. Yaşlı insanların rezin ucluğu olan əsadan, yaxud ucları olan xüsusi çubuqdan istifadə etməsi məsləhətdir. Əgər sürüşmüsünüzsə, əyilin ki, yıxılma hündürlüyünü azaldasınız. Yıxılanda cəhd edin ki, özünüzü toplayasınız və diyirlənərək yerdən gələn zərbəni
yüngülləşdirəsiniz”.

Ruslan






31 Yanvar, 2012  16:31 Baxılıb: 995 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner