Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakıda hava soyudu, məktəblər “dondu”

Məktəb direktoru: “Evimiz də soyuqdur…”

Havaların soyuq keçməsi Bakının orta məktəblərinə də təsirsiz ötüşməyib. Simsar.az-ın məlumatına görə, paytaxtın Nərimanov və Suraxanı rayonlarında yerləşən orta məktəblərin istilik problemi var. Valideynlərdən daxil olan məlumatda deyilir ki, Nərimanov rayonundakı 45 və 212, Suraxanı rayonundakı isə 89 saylı orta məktəbin şagirdləri sinif otaqlarında soyuqdan əziyyət çəkirlər. Şagirdlər dərsdə üşüdüyündən, üst geyimini çıxarmadan otururlar. Valideynlər soyuqdan uşaqlarını dərsə göndərmək istəmirlər.

Yeni Suraxanı qəsəbəsindəki 89 saylı məktəbdə isə istilik problemi artıq köhnə məsələdir. Neçə ildir, gecə saatlarında qazanxana söndürülür, səhərlər isə yenidən işə salınır. Bu isə gün ərzində istiliyin lazımi səviyyədə olmasına bəs etmir.

Şikayət daxil olan 212 saylı orta məktəbin direktoru Qurban Həsənov bildirib ki, məktəbin istiliklə bağlı qismən problem var. Onun sözlərinə görə, təhsil ocağındakı ümumilkidə 184 istilik batareyasından 45-i işləmir: “İşləməyən batareyaların əksəriyyəti dəhlizdə yerləşir. Səbəb isə batareyaların soyuqdan donması ilə bağlıdır. Ümumilkdə isə son günlər məktəbə mərkəzləşmiş qaydada verilən istilik zəifləyib. Mərkəzdən deyilir ki, havaların soyuq keçməsi ilə əlaqədar olaraq yolda istilik itkisi baş verir. Məktəb 1963-cü ildə inşa olunub. Qapı-pəncərələri köhnədir. Otaqların soyumasında bu amil də böyük rol oynayır”.

Q.Həsənov qeyd edib ki, sadalanan problemlərə baxmayaraq, orta məktəbin ibtidai siniflər yerləşən korpusunda istiliklə bağlı problem yoxdur.

Problem yaşanan 45 saylı məktəbdən isə verilən məlumata görə, məktəbə istilik verilsə də, sinif otaqlarında və məktəbdə quraşdırılan batareyaların bəziləri işləmir.

Köhnə problemlə bağlı sualı cavablandıran 89 saylı məktəbin direktor müavini Xalidə Müzəffərova istiliyin olmamasını son günlər hava şəraitinin soyuq keçməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, qazanxana köhnə olsa da, istilik verməyə qadirdir. Sadəcə, siniflərin soyuq olması son günlərin şaxtalı havası ilə bağlıdır.

“Evimiz də soyuqdur, məktəb də həmçinin. Batareyalar istidir, amma siniflərin qızmasına bəs etmir. Əlavə olaraq, elektrik sobaları quraşdırırıq”, - deyə X.Müzəffərova əlavə edib.






31 Yanvar, 2012  14:31 Baxılıb: 906 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner