Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Parlamentdən magistr və tək övladlara bəd xəbər

Onlara hərbi xidmətdən möhlət hüququ verilməyəcək

Bu gün Milli Məclisdə ötən sessiyanın fəaliyyətinə dair mətbuat konfransı keçirilib. Simsar.az saytı xəbər verir ki, konfransda çıxış edən Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib ki, parlamentin qarşıdan gələn 2012-ci il yaz sessiyasının qanunvericilik işləri planına daxil edilən qanun layihələri arasında “Hərbi qulluqçuların statusu haqqında” qanunvericilik aktı da var. Bu qanun layihəsi hərbi qanunvericilik islahatları ilə bağlı nəzərdə tutulan növbəti qanun layihəsidir.

S.Mirzəyev onu da bildirib ki, Azərbaycanın hərbi qanunvericilik bazası əsasən Azərbaycan müstəqillik qazandığı ilk illərdə - 1991-1992-ci illərdə qəbul edilən qanunvericilik aktlarından ibarətdi: “Artıq bunun üstündən 20 ilə yaxın vaxt keçib və bu baxımdan hərbi qanunvericiliyin də yenidən işlənilməsi zərurəti var”.

Aparat rəhbəri ali təhsil alan magistr oğlanlara möhlət hüququnun verilməsi, hərbi xidmət yaş həddinin 35-dən aşağı endirilməsi, ailənin tək oğlan övladının hərbi xidmətdən azad edilməsi məsələsinin isə indiki məqamda həllinin mümkün olmadığını bildirib:
“Bildiyiniz kimi bu məsələlər ictimaiyyətdə müzakirə olunduğu kimi millət vəkilləri tərəfindən də müzakirə olunub və parlamentin əksər deputatları bunun yolverilməz olduğunu bildiriblər, çünki bu məsələlərin qeyri-mümkünlüyü Azərbaycanın müharibə vəziyyətində olması ilə əlaqədardı. Onsuz da orduya çağırılanların sayı o qədər də çox deyil. Bu baxımdan ayrı-ayrı kateqoriyalar üçün istisnaların nəzərdə tutulması mümkün deyil. Ədalətlilik baxımından da bu düzgün olmazdı”.


Bu məsələyə Milli Məclisin vitse-spikeri Bahar Muradova da açıqlama verib. O magistr oğlanlara möhlət hüququnun verilməsinin, hərbi xidmət yaş həddinin 35-dən aşağı endirilməsi, ailənin tək oğlan övladının hərbi xidmətdən azad edilməsinin qeyri-mümkün olduğunu bildirib: “Hazırkı şəraitdə belə bir güzəşt etmək mümkün və lazım deyil. Bu gün ailələr əsasən iki uşaqdan ibarətdir ki, onun da biri qız biri oğlandır. Əgər biz kiminsə üçün istisna nəzərdə tutmuş olsaq, onda bəs orduda kimlər qulluq edəcək? Bu məsələ həm də ordudan yayınmanı stimullaşdıra bilər. Ona görə də, indiki məqamda bu məsələlərin həllini qeyri-mümkün hesab edirik”.

Səfa Mirzəyev bildirib ki, uzun müddətdən bəri həm cəmiyyətdə, həm parlamentdə ciddi müzakirə mövzusu olan “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi parlamentin fevralın 1-də başlayacaq növbəti yaz sessiyasının müzakirələrinə çıxarıla bilər. Bu qanun layihəsi üzərində uzun müddətdən bəri davam edən işlər artıq tamamlanıb. Bu baxımdan düşünürük ki, növbəti yaz sessiyası dövründə həmin qanun layihəsi ilə bağlı müzakirələrə başlanıla bilər.






30 Yanvar, 2012  18:44 Baxılıb: 1203 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner