Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti Qubada jurnalistlər üçün seminar keçirib

İnzibati icraatla bağlı jurnalistlər arasında müsabiqə keçiriləcək 

Hüquqi mövzuda yazan jurnalistlərə inzibati icraatla bağlı seminar keçirilib.

Trend-in məlumatına görə, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ayrı-ayrı KİV-ləri təmsil edən bir qrup jurnalistə yanvarın 28-29-da Qubada "Azərbaycanda yeni inzibati hüquq: aktual məsələlər və perspektivlər" mövzusunda seminar təşkil edib.

"Cənubi Qafqazda hüquq və məhkəmə islahatlarının dəstəklənməsi" layihəsi çərçivəsində təşkil olunan seminarda "İnzibati icraat haqqında qanun"un tətbiq dairəsi və hüquqi dövlətin ümumi prinsipləri, inzibati orqanlar, inzibati aktlar, inzibati şikayətlər üzrə icraat mövzularında mühazirələr keçirilib, bu sahədə real məhkəmə işləri ilə bağlı müzakirələr aparılıb.

İnzibati icraat mövzusunda KİV-lərdə dərc olunan yazılar müzakirə edilib.

Seminarda qeyd olunub ki, GIZ fevralın 1-dən "Azərbaycanda yeni inzibati hüquq: aktual məsələlər və perspektivlər" mövzusunda yazı müsabiqəsi elan edəcək.

Müsabiqəyə Azərbaycanda yeni inzibati qanunvericilik və onların təcrübədə tətbiqi ilə bağlı problemlərə, onları doğuran səbəblərə və bu problemlərin həlli yolları ilə əlaqədar məsələlərə toxunan araşdırma xarakterli məqalələr təqdim olunmalıdır.

Qeyd edək ki, adıçəkilən təşkilat bir neçə ildir hüquqi sahədə yazan jurnalistlər üçün hüququn ayrı-ayrı sahələri üzrə belə təlim kursları təşkil edib və müsabiqələr elan edib.






30 Yanvar, 2012  16:41 Baxılıb: 1102 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner