Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İnsan alverinin qurbanı olan uşaqlarla bağlı dövlət proqramı hazırlanır

Uşaqların reablitasiyası, sosial yardımın göstərilməsi, cəmiyyətə, təhsilə qaytarılması ilə bağlı mexanizm müəyyən ediləcək

Azərbaycan hökuməti insan alverinin qurbanı olmuş uşaqların reablitasiyası və reinteqrasiyası ilə bağlı dövlət proqramı hazırlayır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Elgün Səfərov Trend-ə bildirib ki, Komitə tərəfindən "İnsan alverinin qurbanı olmuş uşaqların reablitasiyası və cəmiyyətə reinteqrasiyası" Dövlət Proqramının hazırlanmasına başlanılıb.

Aidiyyəti dövlət qurumlarının iştirakı ilə hazırlanacaq proqramda insan alverinə məruz qalan uşaqların reablitasiyası, reablitasiya zamanı sosial yardımın göstərilməsi, cəmiyyətə, təhsilə qaytarılması ilə bağlı mexanizm müəyyən ediləcək.

Səfərov bildirib ki, proqramın hazırlanması ilə bağlı aidiyyəti qurumlara sorğular göndərilib və onlardan müvafiq təkliflər toplanılır.

Onun sözlərinə görə, bütün təkliflər ümumiləşdiriləcək və layihə hazırlanaraq təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim olunacaq.

Komitə rəsmisi deyib ki, dövlət proqramının bu il ərzində qəbulu nəzərdə tutulub.

Həmin proqramın hazırlanması "İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Proqramı"nda qeyd olunub.






30 Yanvar, 2012  16:36 Baxılıb: 861 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner