Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakıda 35 nəfər travma alıb

"Xəstəxanaya yerləşdirilənlərin bəziləri ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılırlar"

Bakıda yolların buzlaşması ilə əlaqədar indiyədək 35 nəfər sürüşmə nəticəsində müxtəlif dərəcəli travma alıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov bazar ertəsi Trend-ə deyib ki, sürüşmə nəticəsində yanvarın 28-də 24 nəfər travma alıb, onlardan 23-ü xəstəxanaya çatdırılaraq yardım göstərilib. Yanvarın 29-dan indiyədək isə sürüşmə nəticəsində 11 nəfər travma alıb. Onlardan 7-si xəstəxanaya çatdırılıb. Sürüşmə nəticəsində insanlarda əsasən sınıq, çıxıq, əzilmə olub.

"Xəstəxanaya yerləşdirilənlərin bəziləri ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılırlar", - baş həkim qeyd edib.

O əlavə edib ki, yanvarın 28-nə nisbətən 29-da təcili tibbi yardım stansiyalarına daha çox müraciət daxil olub. Yanvarın 28-də təcili tibbi yardım stansiyalarına 1313 çağırış daxil olduğu halda, yanvarın 29-da çağırışların sayı 1435-ə çatıb. Çağırışların sayının artması havanın soyuması və yanvarın 29-da ambulator poliklinikanın işləməməsi ilə əlaqədardır.

Hazırda adi rejimdə fəaliyyət göstərdiklərini deyən Həmidov bildirib ki, ümumilikdə yanvarın 28 və 29-da qeydə alınan çağırışların sayı digər günlərlə müqayisədə də elə də çox hesab edilə bilməz. Baş həkimin sözlərinə görə, adətən, gün ərzində orta hesabla 1300-1500 çağırış olur, istirahət günlərində çağırışların sayı hətta 1600-ə çatır.






30 Yanvar, 2012  15:19 Baxılıb: 814 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner