Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

XI sinif şagirdləri üçün yoxlama imtahanları keçirilir

 Bu gün Təhsil Nazirliyi Bakıda paytaxtın orta ümumtəhsil məktəblərinin XI siniflərini mərkəzləşmiş buraxılış imtahanlarına hazırlamaq məqsədi ilə yoxlama imtahanları keçirir.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən Simsar.az-a verilən məlumata görə, imtahanda paytaxtın 22 minə yaxın XI sinif şagirdi iştirak edir. İmtahanların keçirilməsi üçün Bakıda 72 imtahan mərkəzi yaradılıb. İmtahanlar saat 10:00-da başlayıb və 13:00-da başa çatacaq.

Sabah isə Bakının IX sinif şagirdləri üçün yoxlama imtahanları keçiriləcək. İmtahanlarda 30 minə yaxın şagird iştirak edəcək. Azərbaycanın digər şəhər və rayonlarında isə orta məktəblərin buraxılış sinifləri üçün bu imtahanların növbəti həftələrdə keçirilməsi nəzərdə tutulur.

Bu imtahanlarda XI sinif şagirdləri 8 fəndən (ana dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil) 120, IX sinif şagirdləri isə 2 fəndən (ana dili və riyaziyyat) 50 test tapşırığını cavablandıracaqlar. Yoxlama və buraxılış imtahan sualları 25%-i asan, 50%-i orta və 25%-i isə çətin səviyyəli olmaqla üç səviyyədə hazırlanır.

Hər bir fənn üzrə tapşırıqların 20%-ə qədərini cavablandıran şagird «2», 20% daxil olmaqla 50%-ə qədərini cavablandıran şagird «3», 50% daxil olmaqla 80%-ə qədərini cavablandıran şagird «4» və 80% daxil olmaqla 100%-ə qədərini cavablandıran şagird isə «5»lə qiymətləndiriləcək.






28 Yanvar, 2012  15:01 Baxılıb: 887 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner