Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Yol polisi gücləndirilmiş rejimə keçdi

Bakıda hökm sürən anomal hava şəraiti ilə bağlı şəhərin yol polisi gücləndirilmiş iş rejimində işləyir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov şənbə günü Simsar.az-a bildirib ki, Bakının bütün prospekt və küçə yollarında dünən gecədən başlayan qarlı və şaxtalı hava şəraiti ilə bağlı buz bağlayıb. Avtomobillərin hərəkətində problem yaranıb.

Əsədov bildirib ki, yol polisi avtomobillərin hərəkətinin təmini üçün müvafiq tədbirlər görür.

Əsədov bir daha bəyan edib ki, hazırda Yasamal rayonunun yüksək ərazilərindəki küçə və prospektlərdə yollarda buz qatı əmələ gəldiyindən avtomobillərin hərəkəti üçün təhlükə yaranıb.

"Bakının enişli-yoxuşlu və sərt yollarında vəziyyət təhlükəlidir", - Əsədov deyib.

Bakı yol polisi sürücüləri şəxsi nəqliyyat vasitəsindən istifadə etməməyə, ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyə çağırıb.

Qeyd edək ki, Bakı yol polisi cümə günü yaydığı xəbərdarlıqda bildirmişdir ki, qarlı-buzlu hava şəraitində sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına fikir verməlidirlər və mövsümü təkərlərin olması vacib şərtdir. Əyləc sistemindən mümkün qədər istifadə etməməklə sürət qutusunun köməyi ilə avtomobili hərəkətə gətirməlidirlər. Yaxın vuran işıqlardan istifadə edilməlidir.

Yol polisi sürücülərə deyilən istiqamətlərdə avtomobillərdən mümkün qədər az istifadə etməyi tövsiyə edib.

Xatırladaq ki, hazırda ölkə ərazisində havanın temperaturu iqlim normasından 2, Bakıda isə 2,6 dərəcə aşağıdır.

Bunu öncə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, yanvar ayının sonuna kimi ölkə üzrə temperaturun iqlim normasından hətta 3-4 dərəcə aşağı ola biləcəyi gözlənilir.

Hazırda Bakıda qarlı və şaxtalı hava şəraiti hökm sürür.






28 Yanvar, 2012  14:11 Baxılıb: 901 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner