Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qadınlar "Azəriqaz"dan qaz tələb etdi

Sulutəpədə “mavi yanacağ”ın olmaması onları İstehsalat Birliyinin qarşısında toplaşmağa vadar edib

Binəqədi rayonunun Sulutəpə qəsəbəsində qaz sarıdan vəziyyət yaxşı deyil. Belə olmasaydı, bu gün qəsəbədə yaşayan bir qrup qadın “Azəriqaz” İstehsalat Birliyinin qarşısına toplaşıb “mavi yanacaq” tələb etməzdi . 

“Azəriqaz” İstehsalat Birliyinin qarşısına gələnlər ancaq qadınlar idi. Qəsəbənin Şəfiqə Əfəndizadə küçəsinin sakinləri bu çovğunlu, qarlı havada qazdan əlləri tam kəsildiyi üçün birbaşa bu quruma üz tutmuşdular.

Əslində, Sulutəpə qəsəbəsinin əksər hissələrinə qaz verilir. O cümlədən, ərazidə olan kafelər və iaşə obyektləri də qaz sarıdan korluq çəkmirlər. Amma Şəfiqə Əfəndizadə küçəsinə növbə gələndə, qəsəbənin aid olduğu qaz istismar sahəsi qazın təzyiqinin olmamasını əsas gətirərək, düz 2 ildir ki, sakinləri sözün əsl mənasında başından edir. Elə bu səbəbdən də sakinlər “mavi yanacağ”ı düz ünvanında axtarırdılar.

Maraqlısı isə budur ki, evlərə qaz verilmədiyi halda, sakinlər idarənin qaz pulu yığanlarına pul ödəyir. Çünki, “mavi yanacağ”ın özü yox, sadəcə onun havası gəlir və nəticədə sayğac işləyir ki, o da pul yazır.

Müsahiblərimizin sözlərinə görə, soyuq havalarda evlərini birtəhər elektrik enerjisi ilə isidirmişlər. Amma enejinin sərfiyyatı çox pul yazdığından, indi ondan da ehtiyatla istifadə etmək məcburiyyətindədirlər. Müraciət etdikləri qurumlardan isə quru vədlərlə yanaşı, həm də təhqir eşidiblər.

“Azəriqaz” İstehsalat Birliyinin Qaz Təsərrüfatı İstismarı Şöbəsinin rəisi Vaqif Namazov şikayətçi sakinlərdən iki nəfəri qəbul edib. Sakinlər ilk növbədə Vaqif Namazova yerli qaz sahəsi rəisinin kobud rəftarından danışdılar. Rəis əvvəl dinlədi və sonra da bildirdi ki, qaz istismar sahəsinin hər hansı bir işçisinin abonentləri təhqir etməsinə səlahiyyəti yoxdur. Bunu edən kəs birbaşa cinayət məsuliyyətinə cəlb olunur.

O, sonra konkret fakta da keçdi. Məlum oldu ki, “Azəriqaz”ın Qaz Təsərrüfatı İstismarı Şöbəsi rəisinin Sulutəpənin Şəfiqə Əfəndizadə küçəsində yerləşən evlərə hansı səbəbdən qaz verilməməsindən ümumiyyətlə xəbəri yoxdur.

Hər halda, sakinlərin 2 ildə həll edilməyən problemini Vaqif Namazov bir neçə saat ərzində həll edəcəyinə söz verib. Nə deyirik. Gözləyək.






27 Yanvar, 2012  23:27 Baxılıb: 1072 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner