Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycanda əməyin mühafizəsi üzrə Sosial Şura yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 3 tərəfli saziş imzalanıb

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), Həmkarlar İttifaqları Konfederasiyası (HİK) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (STİK) arasında 3 tərəfli Sosial Şuranın yaradılması haqqında saziş imzalanıb. Simsar.az-ın məlumatına görə, müqaviləni ƏƏSMN tərəfdən nazir Fizuli Ələkbərov, HİK-in sərdi Səttar Mehbalıyev və STİK sədri Məmməd Musayev imzalayıb. 

Bununla bağlı bu gün nazirlikdə keçirilən “Sosial tərəfdaşlıq: Əməyin mühafizəsi, risklərin qiymətləndirilməsi və iş yerlərinin attestasiyası” mövzusuna həsr olunmuş konfransda çıxış edən F. Ələkbərov bu sazişin imzalanmasının məqsədinin ötən il Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar beynəlxalq konfransda iş yerlərində sağlam və təhlükəsiz səylərinin birləşdirilməsi və onların bu istiqamətdə fəaliyyətinin əlaqələndirilməsi olduğunu bildirib: “Təhlükəsiz və Sağlam Əmək Şəraiti üzrə Milli Üçtərəfli Sosial Şuranın yaradılması təklifi də o zaman irəli sürülüb. Təklif sosial tərəfdaşlar tərəfindən dəstəklənib. Əməyin mühafizəsi dünyada da qlobal problemdir. Dünya iqtisadiyyatında 4 faiz təşkil edib. Ötən il iş yerlərində 97 nəfər təhlükə ilə üzləşib. Bu insanların ailələrində də bəlli sosial problemləri yaradır”.

F. Ələkbərovun sözlərinə görə, əməyin mühafizəsi Azərbaycan üçün çox əhəmiyyətlidir: “Ötən il qeyri-neft sektorunda iş yerlərinin sayı 10 faiz artıb, 100 minə yaxın iş yerləri açılıb. Ona görə də risklərin sayı artıb. İmzalanan saziş təkcə əməyin mühafizəsini problemləri ilə yox, ümumilikdə əmək münasibətlərinin tənzimlənməsi istiqamətlərində genişləndirilmiş fəaliyyət göstərəcək”.

Nazirin sözlərinə görə, iş yerlərində əmək standartları sahibkarlar tərəfindən müəyyənləşdiriləcək: “ Hələlik dünya standartlarından istifadə edirik. Hələ bizim metodologiya işlənib hazırlanmayıb. “Tvininq” layihəsinin də məqsədi ondan ibarətdir ki, bizim öz əmək standartlarımız təqdim olunsun. Məqsəd təhlükəsiz əmək şəraiti yaratmadır”.






27 Yanvar, 2012  16:46 Baxılıb: 1010 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner