Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Hava kəskin soyuyacaq, Bakıda və rayonlarda güclü qar yağacaq”

“Hazırda Azərbaycanda hava şəraiti Mərkəzi Qazaxıstanın çox soyuq antisiklonunun təsiri altında formalaşır"

“Hazırda Azərbaycanda hava şəraiti Mərkəzi Qazaxıstanın çox soyuq antisiklonunun təsiri altında formalaşır. Eyni zamanda orta troposferdə Arktik soyuq hava kütlələri ölkə ərazisinə daxil olmaqdadır”.

 Bunu Simsar.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, həftə ərzində paytaxt Bakıda və bütün ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək, fasilələrlə yağıntılı olacaq, qar yağacaq: “Havanın temperaturu gündən-günə enəcək. Ayın 26-sı axşamdan başlayaraq yağıntıların intensivləşəcəyi, ayın 27, 28-i və 29-na keçən gecə və səhər respublikanın ayrı-ayrı rayonlarında güclü qar yağacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında ayın 26 və 27-də havanın minimal temperaturu 0-3 dərəcə şaxta, 28-i və sonrakı günlərdə isə 5-7 dərəcə şaxta təşkil edəcək. Şaxtalı qarlı hava şəraiti ilə əlaqədar respublikanın rayonlarında və Bakıda yolların buz bağlaması ehtimalı var”.

U. Tağıyeva deyib ki, qarlı hava şəraiti ilə bağlı bütün əlaqədar təşkilatlara xəbərdarlıqlar edilib.






25 Yanvar, 2012  15:46 Baxılıb: 990 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner