Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Yazıçılar prezidentə müraciət etdi

Müraciətdə kitab üzərindən ƏDV-nin götürülməsi xahiş olunur.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, birliyin katibləri Fikrət Qoca, Çingiz Abdullayev, Rəşad Məcid, Arif Əmrahoğlu, xalq şairləri Vaqif Səmədoğlu, Nəriman Həsənzadə, Söhrab Tahir, Sabir Rüstəmxanlı, xalq yazıçıları İsa Hüseynov, Gülhüseyn Hüseynoğlu, Mövlud Suleymanlı ölkə prezidenti İlham Əliyevə müraciət edib.

 Simsar.az saytının məlumatına görə, müraciətdə kitab üzərindən ƏDV-nin götürülməsi xahiş olunur.

Müraciətdə bildirilir ki, dövlət dəstəyi olmadan kitab nəinki inkişaf edə, heç yaşaya da bilməz: “SSRİ dağıldıqdan sonra hər dövlət özünün kitab siyasətini müstəqil müəyyən etdi. Bəzi ölkələr kitabı tam, bəziləri isə qismən dövlət vergisindən azad etməklə yanaşı, öz ədəbiyyatlarını xarici ölkələrdə təbliğ etmək üçün ədəbiyyata dəstək fondları təsis etdilər.

Sizin rəhbərliyiniz sayəsində, Qafqazda iqtisadiyyatı ən güclü dövlətə çevrilən Azərbaycan elə bir mərhələdədir ki, artıq ədəbiyyatı və mədəniyyəti də önə keçməli, mədəniyyət sahəsində keçirilən islahatlar qonşularımıza və ümumən keçmiş MDB dövlətlərinə nümunə olmalıdır.

Böyük məmnuniyyətlə diqqətinizə çatdırırıq ki, Böyük Britaniya, İrlandiya, Norveç, Kiprdə, Moldovada, Tacikistanda, Gürcüstanda ƏDV 0%-dir. Türkiyədə, Fransada, İtaliyada Macarıstanda, Litvada, İspaniyada 4 %, təşkil edir.

Yaxın qonşumuz Gürcüstanın kitaba münasibəti unikaldır, bu mənada ki, kitabı bütün vergilərdən azad edib, kitab kağızı, mətbəə avadanlıqları, bir sözlə, kitaba gərək olan heç bir avadanlıqlar və xammaldan vergi almır.

Bu yaxınlarda Yazıçılar İttifaqında Milli Məclisin deputatlarının iştirakı ilə kitabın üzərindən vergilərin götürülməsi ilə bağlı dəyirmi masa təşkil olunmuşdu. Həmin dəyirmi masada iştirak edən hər kəs kitabın vergi yükündən azad olmasını arzu etdi.

Azərbaycan yazıçılarının, naşirlərin, kitabçıların arzularını nəzərə alaraq, səlahiyyətinizdən istifadə etməklə ƏDV-nin kitab üzərindən götürülməsinə sərəncam verməyinizi xahiş edirik”.






24 Yanvar, 2012  18:10 Baxılıb: 960 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner