Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

MDB məkanında Rusiyadan sonra ən çox əmək miqrantı qəbul edən ölkə Azərbaycandır

"Azərbaycandan Rusiyaya iş dalınca gedən əmək miqrantlar bu ölkədəki ümumi əmək miqrantlarının cəmi 8,7 faizini təşkil edir"

Beynəlxalq Əmək Təşkilatı (International Labour Organization) dünyada işsizlik probleminə həsr edilmiş “Global employment trends - 2012” adlı illik hesabatını açıqlayıb.

APA-nın məlumatına görə, sənəddə bildirilir ki, dünyada sosial sabitliyi və iqtisadi artımı təmin etmək üçün təqribən 600 milyon iş yerinin yaradılmasına ciddi ehtiyac var. Hazırda dünyada 900 milyona yaxın insan ya iş axtarışındadır, yaxud da günə cəmi 2 dollar gəlir gətirən işlə kifayətlənməli olur. Dünyanın iş bazarında ümumi durumun getdikçə pisləşdiyi qənaətinə gələn Beynəlxalq Əmək Təşkilatı yaxın on il ərzində yeni iş yerlərinin yaradılmasının prioritet hədəf olduğunu bildirib.

Hesabata görə, MDB məkanında Rusiyadan sonra Azərbaycan (Qazaxıstanla bərabər) əmək miqrantlarını ən çox sayda qəbul edən ölkədir. Beynəlxalq Əmək Təşkilatı bildirir ki, bu ölkələrədəki əmək miqrantlar çox zaman qeyri-rəsmi şəkildə işə götürüldüyündən onlar çox zaman müxtəlif növ diskriminasiyaya və ixtisara məruz qalan ilk təbəqə olur. Hesabata görə, Azərbaycandan Rusiyaya iş dalınca gedən əmək miqrantlar bu ölkədəki ümumi əmək miqrantlarının cəmi 8,7 faizini təşkil edir. Bu isə ən aşağı göstəricilərdən biridir. Ruisyada Ermənistandan olan əməkçi miqrantlarn sayı 13,7%, Özbəkistandan 16,3%, Ukraynadan olan miqrantların sayı isə 17.6% təşkil edir.

Sənəddə habelə bildirilir ki, Azərbaycan höküməti (habelə Rusiya və Qazaxıstan) son illər iş yerlərinin yaradılması və qlobal iqtisadi böhranın təsirni azaltmaq üçün ciddi səylər göstəriblər.






24 Yanvar, 2012  18:04 Baxılıb: 914 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner