Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakıda qar gözlənilir

Paytaxtda yağıntılar günün ikinci yarısında tədricən kəsiləcək

Bu gün Bakıda və Abşeron yarımadasında havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Temperaturun gecə 0°-yə yaxın, gündüz 2-5° isti olacağı gözlənilir. Bakıda gecə 0°-yə yaxın, gündüz 2-4° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Temperaturun gecə 8-13° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd,Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən,Gədəbəy rayonlarında qar yağacağı, gündüz tədricən kəsiləcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında havanın yağıntılı olacağı, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 1-6° şaxta, gündüz 0-4° isti olacaq.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında havanın yağıntılı olacağı, qar yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Temperatur gecə 3-7° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 10-15° şaxta, gündüz 3-7° şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 17-22° şaxta olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın bəzi yerlərdə yağıntılı olacağı, sulu qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Dağlarda duman olacaq. Temperaturun gecə 0-2° isti, gündüz 2-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-4° şaxta gözlənilir.

Tibbi-meteoroloji proqnoz: Yanvarın 24-dən 26-dək Abşeron yarımadasında soyuq və rütubətli diskomfort şəraitə baxmayaraq meteoroloji amillərin zəif və mülayim dəyişikliyi meteohəssas insanlar üçün nisbətən əlverişlidir.






24 Yanvar, 2012  12:21 Baxılıb: 1382 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner