Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

DSMF-də qeydiyyata alınan əcnəbilərin sayı 20,9 faiz artıb

Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemindəki əcnəbilərin sayı 12 221 nəfərə çatıb

Ötən il ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 20,9 faiz artıb. DSMF-in İctimaiyyətlə əlaqələr sektorundan Simsar.az-a verilən məlumatıa görə, hesabat dövründə əlavə olaraq 2110 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə 2012-ci il yanvarın 1-i tarixinə olan statistikaya əsasən, fərdi uçot sistemindəki əcnəbilərin sayı 12 221 nəfərə çatıb.

Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilər, ümumilikdə 91 ölkənin vətəndaşlarını əhatə edir. Onlar arasında Тürkiyə vətəndaşları (5911 nəfər) çoxluq təşkil edir.

Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1327 nəfərə yüksəlib. Üçüncü yerdə gələn Rusiya Federasiyasınin vətəndaşlarının sayı isə 555 nəfər təşkil edir.

Sonrakı yerlərdə İran İslam Respublikası (334), Hindistan (250), Çin Xalq Respublikası (145), Bosniya və Herseqovina (127), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (119), Filippin (88), Pakistan İslam Respublikası (84), Ukrayna (84), Malayziya (80), Almaniya (77), Özbəkistan (69), Qazaxıstan (62), ABŞ (55), İtaliya (54), Türkmənistan (53) və s. ölkələr gəlir.






23 Yanvar, 2012  20:27 Baxılıb: 824 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner