Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakıya və rayonlara yenə qar yağacaq

Havada 0-2 dərəcə şaxta olacaq

Bakı və Abşeron yarımadasında yanvarın 24-də havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Simsar.az-a verdiyi məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0 dərəcəyə yaxın, gündüz 2-5 dərəcə isti olacaq.

Yanvarın 25-də günün ikinci yarısından başlayaraq bəzi yerlərdə yağıntılı olacağı, axşama doğru qar yağacağı proqnozlaşdırılır. Cənub-qərb küləyi axşam arabir güclənən şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 0-2 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 24-də hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi şərq rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 8-13, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 17-22 dərəcə şaxta təşkil edəcək.

Yanvarın 25-də bəzi şimal və şərq rayonlarında az yağıntılı olacağı, zəif qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 9-14, gündüz 1-6 dərəcə şaxta gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 18-23 dərəcə şaxta olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yanvarın 24-dən 26-dək Abşeron yarımadasında soyuq və rütubətli diskomfort şəraitə baxmayaraq, meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.






23 Yanvar, 2012  16:31 Baxılıb: 810 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner