Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Bu cinayət genosid aktı kimi hüquqi qiymətini alacaq”

Elmira Süleymanova 20 Yanvar faciəsi ilə əlaqədar beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb 

Ombudsman Elmira Süleymanova 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.
Bəyanat beynəlxalq təşkilatlara,- BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.

Ombudsman Aparatının mətbuat Xidmətindən daxil olan bəyanatda qeyd olunub ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun hərbi hissələri və zirehli texnikası heç bir xəbərdarlıq etmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə Azərbaycanın bir çox şəhər və rayonuna yeridilib: “Nəticədə beynəlxalq hüquq normaları, keçmiş SSRİ-nin və Azərbaycan SSR-nin konstitusiyalarının müvafiq müddəaları kobudcasına pozulmuş, millətçi ermənilərin respublikamıza qarşı bitib-tükənməyən ərazi iddialarına etiraz əlaməti olaraq öz torpaqlarının müdafiəsinə qalxmış xalqımıza vəhşicəsinə divan tutulub. Keçmiş SSRİ rəhbərlərinin göstərişinə əsasən, həyata keçirilmiş xüsusi hərbi əməliyyat nəticəsində bir neçə istiqamətdə Bakıya daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 132 nəfər mülki şəxsi amansızcasına öldürüb, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 612 dinc, günahsız insan yaralanıb, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz həbs edilib. Hücum zamanı qadağan edilmiş silah və sursatdan istifadə olunub. Sovet imperiyasının Azərbaycana qarşı genosid siyasətinin tərkib hissəsini təşkil edən, insan hüquq və azadlıqlarının kütləvi və kobudcasına pozulması ilə müşahidə olunan və tarixə 20 Yanvar faciəsi kimi düşmüş o dəhşətli gecədən artıq iyirmi iki il keçir. XX əsrdə törədilmiş zorakılığın, qeyri-insani rəftarın, işgəncələrin ən dəhşətlilərindən biri olan bu hadisə xalqımızın qan yaddaşına əbədi həkk olunub”.
Qeyd olunub ki, Sovet imperiyası həmin cinayətlə Ermənistanın azğınlaşmış siyasi qüvvələrinə dəstək verib, nəticədə Azərbaycana qarşı həyata keçirilən uzunmüddətli erməni təcavüzü, etnik təmizləmə, soyqırımı baş vermiş, torpaqlarımızın 20 faizi zəbt edilib, Ermənistan ərazisindən, Dağlıq Qarabağ və ətraf yeddi rayondan əhali zorla qovulmuş, soydaşlarımızın bir milyon nəfəri qaçqına və öz doğma yurdundan didərgin düşərək məcburi köçkünə çevrilib.
Bəyanatda daha sonra bildirilib ki, 20 Yanvar 1990-cı il tarixində dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı, insanlıq əleyhinə törədilmiş dəhşətli əməl nəticəsində BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin, habelə insan hüquqlarına dair beynəlxalq hüquqi sənədlərin müddəaları kobud şəkildə pozulub. 20 Yanvar faciəsi kütləvi insan itkisi ilə nəticələnən terror hadisələri sırasında öz mahiyyətinə və miqyasına görə dəhşətli bir cinayətdir. Lakin həmin qanlı cinayətə bu günə kimi beynəlxalq hüquqi qiymət verilməyib: “Bir daha bəyan edirik ki, əvvəlcədən düşünülmüş, milli mənsubiyyətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə xalqımıza qarşı törədilmiş, beynəlxalq və dövlətdaxili hüquqa əsasən bütün əlamətləri özündə əks etdirən bu soyqırımı insan hüquqlarının kobud və kütləvi şəkildə pozulması ilə müşayiət olunub. Ümidvarıq ki, dünya ictimaiyyəti, beynəlxalq qurumlar Azərbaycanın haqlı tələblərini dəstəkləyəcək, insanlığa qarşı törədilən bu qatı cinayət genosid aktı kimi tezliklə beynəlxalq hüquqi qiymətini alacaq, cinayətkarlar cəzasız qalmayacaq”.






19 Yanvar, 2012  21:01 Baxılıb: 1193 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner