Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Nəşriyyat" boşaldılır

“Gerçəklik odur ki, bu nəşriyyat dağılıb"

Uzun illərdir istismarda olan "Azərbaycan" Nəşriyyatında əsaslı təmir başlayacaq. Simsar.az saytının məlumatına görə, burada yerləşən rəsmi qəzetləri artıq başqa yerə köçürürlər. Tezliklə nəşriyyat tamamilə boşaldılacaq.

"Azərbaycan" Nəşriyyatında fəaliyyət göstərən “Bakinskiy raboçiy” qəzeti “Xalq qəzeti”nin redaksiyasına köçür. Bu barədə Modern.az saytına “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu məlumat verib. O bildirib ki, “Bakinskiy raboçiy” qəzeti 1978-ci ilə qədər “xalq qəzeti” ilə eyni ofisdə fəaliyyət göstərib.

“İndi “Bakinskiy raboçiy”in yenidən bizim ofisə köçməsi “Azərbaycan” Nəşriyyatının təmiri ilə bağlıdır. “Xalq qəzeti” və Bakınskiy Raboçiy” qəzetinin təsisçiləri eynidir, eyni statusa malik qardaş qəzetlərdir. Sovet dövründə fəaliyyət göstərmiş “Kommunist” və “Bakınskiy raboçiy” qəzetləri kimi. Məlumat üçün onu da bldirim ki, AzərTAc da yaxın vaxtlarda bizim binadan köçəcək. Biz “Bakinskiy Raboçiy” qəzeti üçün 5-ci mərtəbədə 5-6 otaq ayırdıq, qəzetin əməkdaşları da artıq gəlib bura baxıblar. Bizim üçün o qədər də darısqal olmayacaq, ola bilər ki, “Bakınskiy Raboçiy”in kollektivi yerini bir qədər balaca hiss etsin. Hazırda AzərTAc 2, 4, 6-cı mərtəbələrdə fəaliyyət göstərir, biz isə 3 və 5-ci mərtəbədə.
AzərTAc buradan köçəndən sonra gözlənilir ki, “Azərbaycan” qəzeti də bizim binaya gətirilsin. Bu zaman hər üç qəzet üçün maneəçilik olmayacaq. Biz qərarı kollektivin ümumi razılığı ilə vermişik. Hesab edirəm ki, birgə fəaliyyət göstərməyimiz üçün imkanımız var”.

“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov Modern.az-a bildirib ki, onlara köçməklə bağlı hələlik rəsmi şəkildə bir şey deyilməyib.

“Gerçəklik odur ki, bu nəşriyyat dağılıb. Üfunət iyi verir. Ona görə də buranın əsaslə təmirinə ciddi ehtiyacı var. Harada yerləşəcəyimiz barədə hələlik bir şey deyilməyib. Sadəcə onu deyə bilərəm ki, belə bir köç gözümüzə durub. Böyük problem olacaq”.

“Azərbaycan” Nəşriyyatının ümumi məsələlər üzrə direktor müavini Səbuhi Quliyev isə bildirib ki, hələlik təmir işləri başlamayıb: “Ona görə də bir söz deyə bilmərəm. Amma işlə gözlənilir. Yalnız onu deyə bilərəm ki, təmir işləri əsaslı olacaq”.

Modern.az saytının məlumatına görə, “Azərbaycan” Nəşriyyatının əsaslı təmiri üçün hələ ötən il ölkə rəhbərliyə müraciət edilib və layihənin smeta dəyəri hesablanaraq təqdim olunub.

“Azərbaycan” Nəşriyyatı 1974-cü ildən fəaliyyət göstərir. Ölkədəki ən böyük mətbəə-nəşriyyat komplekslərindən biri olan "Azərbaycan" Nəşriyyatı idi (keçmiş "Kommunist" nəşriyyatı) uzun illər istismarda olsa da, onun binası indiyədək əsaslı təmir olunmayıb.

Doğrudur, bir neçə il öncə nəşriyyatda çoxrəngli qəzet çapı sexi fəaliyyətə başladı, onun binasının xarici görkəmi təzələndi, təmir olundu. Lakin daxili infrasturuktur şəbəkəsi müasir tələblərə cavab vermir. Xüsusən də dəhlizlərin, redaksiya otaqlarının vəziyyəti, sanitar qovşağın bərbad durumu, liftlərin tez-tez xarab olması buranın əsaslı təmirini zəruri edib.






19 Yanvar, 2012  19:27 Baxılıb: 930 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner