Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycanda dövlət vəsaiti ilə oxuyacaq tələbələrin sayı və ixtisasları açıqlanıb

Azərbaycan hökuməti qarşıdakı illər üçün ali məktəblərdə dövlət sifarişi ilə oxuyacaq tələbələrin və magistrantların sayını müəyyənləşdirib.

Nazirlər Kabinetindən Simsar.az-a verilən məlumata görə, NK-nın 336s saylı qərarı ilə “Növbəti 2012/2013-cü və sonrakı 2013/2014-cü-2015/2016-cı tədris illəri üçün ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə tələbə qəbulunun Proqnozu” təsdiq edilib. Bu proqnozlar İqtisadi İnkişaf Nazirliyinin təklifini nəzərə almaqla hazırlanıb.

Proqnozlara görə, qarşıdakı 4 tədris ilində ali məktəblərdə dövlət sifarişi ilə təhsil alacaq tələbələrin sayı 10-11 min arasında dəyişir. Belə ki, 2012/2013-cü ildə 10 900 tələbə, 2013/2014-cü ildə 11 070 tələbə, 2014/2015-ci ildə 11 232, 2015/2016-cı ildə 11 398 tələbənin dövlət sifarişi əsasında oxuması nəzərdə tutulub.

2012/2013-cü tədris ili üçün dövlət sifarişi ilə ən çox tələbə texniki və texnoloji ixtisaslar qrupu (2962 tələbə), təhsil ixtisaslar qrupu (2769 nəfər) və iqtisadiyyat və idarəetmə ixtisaslar qrupu üzrə (1643 tələbə) nəzərdə tutulub.

Müəllim ixtisasları üzrə ən çox sifariş xarici dil (416 yer), Azərbaycan dili və ədəbiyyat (325 yer), ibtidai sinif (264 yer) və riyaziyyat müəllimliyi (200 yer) nəzərdə tutulur.

Növbəti təhsil ili üzrə ün çox sifariş bədən tərbiyəsi və idman (376 yer), iqtisadiyyat (290), menecment (233), informasiya texnologiyaları və sistemləri mühəndisliyi (215 yer), sənayenin təşkili və idarə olunması (198 yer), müalicə işi (198 yer), biznesin idarə edilməsi (190 yer), kompüter elmləri (162 yer) ixtisasları üzrədir.

Qarşıdakı 4 tədris ilində ali məktəblərdə dövlət sifarişi ilə təhsil alacaq magistrantların sayı 2,5 min olacaq. 2012/2013-cü ildə 2 448, 2013/2014-cü ildə 2 495 tələbə, 2014/2015-ci ildə 2 546, 2015/2016-cı ildə 2 551 magistrantın dövlət sifarişi əsasında oxuması nəzərdə tutulub.






19 Yanvar, 2012  18:30 Baxılıb: 930 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner