Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazirlikdə 20 Yanvar faciəsi anıldı

Bu gün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, RİTN Aparatının rəhbərliyi və əməkdaşları, nazirliyin birlik və müəssisələrinin rəhbərliyi, eləcə də rabitəçi şəhidlərin ailə üzvlərinin iştirak etdiyi tədbirdə Qanlı Yanvar hadisələrinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov çıxış edərək bildirib ki, Azərbaycan xalqına qarşı həyata keçirilən vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayət kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan etmədən, Sovet ordusunun Azərbaycana qarşı hərbi əməliyyatlarında 131 insan öldürüldüyünü, 744 adamın ağır xəsarət aldığını, 4 şəxsin itkin düşdüyünü, 400 nəfərin isə həbs edildiyini xatırladan nazir 4 nəfər rabitəçinin də həlak olduğunu qeyd edib.

Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanmasını totalitar sovet rejiminin cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdiyini qeyd edən Ə.Abbasov bildirib ki, o hüznlü günlərdə ulu öndər Heydər Əliyev Azərbaycanın Rusiyadakı səfirliyinə gedərək əliyalın xalqa qarşı törədilmiş vəhşiliklərlə bağlı sovet imperiyasını kəskin tənqid edib.

Sonda şəhid ailələrinin problemləri dinlənilib və həlli üçün müvafiq tapşırıqlar verilib.






19 Yanvar, 2012  18:18 Baxılıb: 901 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner