Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

2011-ci ildə həm evlənənlərin, həm də boşananların sayı artıb

10 801 nəfər boşanır

Azərbaycanda ötən il qeydə alınan nikahların sayı artıb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, 2011-ci ildə ölkədə 88 151 nikah qeydə alınıb.

2010-cu ildə qeydə alınan nikahların sayı 79 min 300 olub.

Nazirlikdən bildirib ki, bu nikahlardan 2696-sı Azərbaycan vətəndaşı olan qadınlarla əcnəbilər arasında bağlanıb.

Qurumdan əcnəbilərlə bağlanan nikahların da sayının artdığı bildirilib.

Hesabat dövründə ölkədə 10 801 nikahın pozulması faktı qeydə alınıb. Bu isə 2010-cu ildə qeydə alınan boşanmaların sayı ilə müqayisədə 1901 fakt artıb. Belə ki, 2010-cu ildə rəsmi orqanlar tərəfindən ölkədə 8900 nikahın pozulması faktı qeydə alınıb.

Boşanmaların 121-i əcnəbilərlə bağlanmış nikahlara aiddir. Nazirlikdən bildirilib ki, əcnəbilərlə qurulan ailələr arasında boşanmaların sayında artım müşahidə olunub.

Ötən il qeydə alınan nikahların 58-də tərəflər arasında nikah müqaviləsi bağlanıb.






19 Yanvar, 2012  16:15 Baxılıb: 871 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner