Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Əli Hüseynli: "Azərbaycanda avtoxuliqanlar üçün xüsusi yer ayrılmalıdır"

“Nə bilmək olar, bəlkə Azərbaycandan da “Formula 1” qalibləri çıxdı?” 

Azərbaycanda avtoxuliqanlar üçün xüsusi yer hazırlanmalıdır. Bu barədə Simsar.az-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkədə avtoxuliqanlıqla mübarizə ilə bağlı fikirlərini açıqlayarkən deyib. Onun sözlərinə görə, dünyanın bir çox ölkələrində belə meydanlar, yollar yaradılıb.

“Nə bilmək olar, bəlkə Azərbaycandan da “Formula 1” qalibləri çıxdı?” - Hüseynli deyib.

Avtoxuliqanlığın cinayət əməli kimi Cinayət Məcəlləsinə daxil edilməsi ilə bağlı Nazirlər Kabineti yanında Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası təkliflə qanunverici orqana müraciət edib.

Hazırda qüvvədə olan qanunvericiliyə görə, avtoxuliqanlıq inzibati xəta hesab olunur və bu xətaya görə, avtoxuliqanlıq edən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla, 400 manatdan 600 manatadək miqdarda cərimə edilir. Yaxud, həmin şəxsə nəqliyyat vasitələrini idarəetmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla, on günədək inzibati həbs tətbiq olunur.

Eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarəetmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla, 600 manatdan 800 manatadək miqdarda cərimə edilir. Yaxud, nəqliyyat vasitələrini idarəetmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla, on beş günədək inzibati həbs tətbiq olunur.






19 Yanvar, 2012  15:49 Baxılıb: 894 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner