Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ölkədə doğum göstəricisi 17 illik maksimuma çatıb

Əhalinin sayı 9,235 mln. nəfər olub

Bu ilin yanvarın 1-i vəziyyətinə Azərbaycan əhalisinin sayı ötən ilin əvvəlinə nisbətən 123,9 min nəfər və ya 1,4% artaraq 9,235 mln. nəfər təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, əhalinin 53%-i şəhər, 47%-i kənd yerlərində yaşayır, 49,6%-i kişilərdən, 50,4%-i qadınlardan ibarətdir. Hər 1 000 nəfər kişiyə 1 017 nəfər qadın düşür.

«Ötən il doğulan körpələr üçün gözlənilən ömür uzunluğu 73,6 yaş, o cümlədən oğlanlar üçün 70,9 yaş, qızlar üçün 76,2 yaş təşkil edib. Hesabat ili ərzində ölkədə 175,4 min nəfər körpə doğulub ki, bu da son 17 ildə ən yüksək göstəricidir, 2010-cu illə müqayisədə əhalinin hər 1 000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 18,5-dən 19,4-ə qədər artıb. Doğulanların 53,8%-i oğlanlar, 46,2%-i qızlardır. Körpələrin 1 506-sı əkiz, 33-ü üçəm olub», - deyə Komitədən bildirilib.

Doğulan oğlanlara ən çox Yusif, Əli, Hüseyn, Məhəmməd, Murad və Nihad, qızlara isə Zəhra, Nuray, Fatimə, Fidan, Zeynəb və Ayan adları verilib.

Hazırda uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu orta hesabla 2,4 uşaq düşür, bununla da ölkədə əhalinin təkrar istehsalı təmin olunur.






19 Yanvar, 2012  14:46 Baxılıb: 846 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner