Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“İSLAHATÇI GƏNCLƏR” İCTİMAİ BİRLİYİ YENİ AKSİYAYA BAŞLAYIB - FOTOSESSİYA

“Ölümsüzlər” filmi geniş tamaşaçı auditoriyasına təqdim edildi

“İslahatçı Gənclər” İctimai Birliyi gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və gənclər arasında milli-mənəvi dəyərlərin təbliği məqsədilə “Vətən mənə oğul desə, nə dərdim” adlı təbliğat aksiyasına başlayıb. Bu məqsədlə bu gün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında aksiyanın açılış mərasimi və ilkin olaraq, Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmiş şəhid Xalid Quliyevin həyatından və döyüş yolundan bəhs edən “Ölümsüzlər” filminin nümayişi oldu. Tədbir Mədəniyyət və Turizm Nazirliyi, DİN Daxili Qoşunların Baş İdarəsi tərəfindən dəstəklənmişdi. Tədbirə millət vəkilləri, ziyalılar, KİV nümayəndələri, sənət nümayəndələri, hərbçilər və gənclər qatılmışdılar. 
Azərbaycanın Dövlət Himni ilə açılan tədbiri çıxış sözü ilə millət vəkili Qənirə Paşayeva davam etdirdi. Sonra filmin nümyişi oldu. Qeyd edək ki, filmdə şəhid Xalid Quliyevin obrazını Tərlan Növrəsli, şəhidin həyat yoldaşı əməkdar artist Aybəniz xanım Haşımovanın gənclik rolunu isə qızı Aynişan Quliyeva oynayıb. Böyük maraq və həyəcanla izlənən filmin tamaşasından sonra xalq artisti, tarzən Ramiz Quliyev və digər ziyalılar söz alaraq ictimai birliyin bu aksiyasını dəstəkləyərək təqdirə layiq saydılar. Aybəniz xanım da öz növbəsində həm tədbirin təşkil olunmasında, həm də həyat yoldaşının ruhunun bir daha yad olunmasında iştirak edən hər kəsə dərin təşəkkürünü bildirdi.

Azər Nəsibov

 

 






18 Yanvar, 2012  19:12 Baxılıb: 1758 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner