Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Hava haqqında

Bakıda və Abşeron yarımadasında havanın temperaturu 5-8 dərəcə aşağı enəcək

Bakıda və Abşeron yarımadasında sabah 18-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin axşam yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, mülayim şimal-qərb küləyi əsəcək, gündüz güclənəcək.
Havanın temperaturunun gecə 1-3 dərəcə isti, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 18-də hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.

Xəbərdarlıq: Bakıda və Abşeron yarımadasında yanvarın 17-si gündüzdən başlayaraq şimal-qərb küləyinin güclənməsi nəticəsində havanın temperaturunun ötən günlərə nisbətən 5-8 dərəcə aşağı enəcəyi, yanvarın 21-dək soyuq olacağı, yanvarın 18-i axşamdan isə arabir yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.






18 Yanvar, 2012  16:38 Baxılıb: 1030 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner