Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Temperatur kəskin aşağı düşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, yanvarın 18-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin axşam yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz güclənəcək. Havanın temperaturunun gecə 1-3 dərəcə isti, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarına gəlincə, yanvarın 18-də hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.

Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq da edib. Xəbərdarlıqda qeyd olunur ki, Bakıda və Abşeron yarımadasında yanvarın 17-si gündüzdən başlayaraq şimal-qərb küləyinin güclənməsi nəticəsində havanın temperaturunun ötən günlərə nisbətən 5-8 dərəcə aşağı enəcəyi, yanvarın 21-dək soyuq olacağı, yanvarın 18-i axşamdan isə arabir yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.






18 Yanvar, 2012  12:19 Baxılıb: 847 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner