Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Alkaqol haqqında bilmədiyiniz 10 fakt

"Discover Magazine" spirtli içkilər haqqında maraqlı məlumatlar yayıb

Alkoqol və ya spirtli içkilər haqqında bilmədiyiniz 10 fakt

1)Alkoqollar ailəsinə daxil olan mürəkkəb maddələr insanların dərhal və ya tədricən ölümünə səbəb olan toksinlər - zəhərli maddələrdir

2) Spirtli içkilərin tərkibində olan etanol - 2 karbon, 6 hidroqen və 1 oksiqen atomundan ibarət olub, mədədə həzm olmayan - bir sözlə, birbaşa qana keçən mürəkkəb maddədir.

3) Tanınmış arxeoloq Patrik Makqovern Afrikada insanların hələ 100 min il əvvəl spirtli içki hazırladığını iddia edir.

4) Dranken Monkey fərziyyəsinə görə, içkiyə aludəlik və alkoqol qəbul etmək yanğısı qədim əcdadların genindən keçmiş “ən yaxşı yetişmiş və ən sulu meynəni seçmək” instinkti ilə əlaqəlidir

5) Spirtli içki idmançılar və mükəmməl əzələ quruluşuna malik insanlara kök insanlara nisbətən daha az təsir göstərir. Belə ki, suyla-zəngin əzələ qatı effektiv şəkildə alkoqolu sovuraraq, onun müəyyən qisminin beynə nəqlinin qarşısını alır

6) Skandinaviya ölkəsi olan İsveçdə artıq qalmış şərabdan yanacaq kimi istifadə edilir. Belə ki, çaxır distilə edilərək etanola çevrilir və bundan sonra qazolinlə qatışdırılaraq yanacaq doldurulma məntəqələrinə paylanır.

7) 1895-ci ildə “Anhoyzer Buş” şirkəti hamilə qadınlar və azyaşlı uşaqlar üçün 1.9 faizli xüsusi pivə istehsal edib. Dünya şöhrətli Budvayzer pivəsinin istehsalçısı həmin pivənin insanlarda tonus qaldırdığını iddia edirdi.

8) Malaziya sincabı nektara əlavə edilmiş 9 stəkana yaxın şərab içsə də, normal funskionallığını itirmir.

9) Taxıl növlərindən alınmış spirtli içkilərdə olan metanol maddəsi insanın görmə hüceyrələrini məhv edir.

10) Astronomlar dünyadan 10 min işıq ili uzaqlıqda olan “G34.3” dumanlığında külli miqdarda etanol maddəsinin olduğunu iddia edir. Alimlər adı çəkilən kosmik obyektdəki etanolun ümümi miqdarı haqqında daha anlaşılan rəqəm yaratmaqdan ötrü, ümumi miqdarın 400 trilyon pivə butulkasına yaxın olduğunu bildirib.






17 Yanvar, 2012  14:12 Baxılıb: 4022 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner