Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Vatikanın arxivində Azərbaycanla bağlı araşdırmalar aparılacaq

Vatikanın arxivində Azərbaycanla bağlı araşdırmalar aparılacaq 

Vatikanın məxfi arxivində Azərbaycanla bağlı araşdırmaların davam etdirilməsi qərara alınıb.

 Bu barədə Simsar.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun tərcümə və informasiya şöbəsinin müdiri Fərid Ələkbərli bildirib. Onun sözlərinə görə, araşdırmalar Azərbaycan hökumətinin dəstəyi ilə AMEA və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılacaq. Lakin hələlik araşdırmaların nə zaman davam etdirilməsi ilə bağlı dəqiq tarix məlum deyil. Şöbə müdiri bu işin kifayət qədər böyük maliyyə vəsaiti tələb etdiyini deyib. 

F. Ələkbərli qeyd edib ki, araşdırmalar zamanı Azərbaycan tarixinin qədim və orta əsrlər dövrünə aid sənədlərə daha çox önəm veriləcək: “Ümumiyyətlə, Azərbaycanla bağlı istənilən sənəd bizim üçün qiymətlidir”.

Qeyd edək ki, Vatikanın məxfi arxivlərində Azərbaycana aid tapılan sənədlərin surəti dekabrın 7-də Bakıya gətirilib. Sənədlər ümumilikdə 1000 səhifə həcmindədir. Bu sənədlər Elxanilər, Atabəylər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər və Qacarlar dövlətlərinin hökmdarlarının Vatikana məktubları və onlara yazılmış cavab məktubları, Vatikandan sözügedən dövlətlərin hökmdarlarına məktublar və onlara yazılmış cavablar, müxtəlif missionerlərin Azərbaycandakı siyasi cərəyanlarla bağlı gizli hesabatları və s. sənədlərdən ibarətdir.






16 Yanvar, 2012  21:18 Baxılıb: 1059 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner