Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakıda yol polisi avtomobillərində bort kompüterlər quraşdırılıb

Hər bir sürücü barəsində çox qısa müddətdə operativ şəkildə bütün məlumatları əldə etmək mümkün olacaq.

Bakı şəhərindəki yol polisi avtomobillərində bort kompüterlər quraşdırılıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, yanvar ayından Yol Patrul Xidməti avtomobillərində belə kompüterlərin quraşdırılmasına start verilib və indiyədək əksər yol polisi avtomobilləri yeni avadanlıqla təmin olunub.

Vaqif Əsədov bildirib ki, yol polisinə məxsus bütün nəqliyyat vasitələrində yerləşdiriləcək elektron məlumat bazası vasitəsilə hər bir sürücü barəsində çox qısa müddətdə operativ şəkildə bütün məlumatları əldə etmək mümkün olacaq. Onun sözlərinə görə, həmin sistem vasitəsilə saxlanılan avtomobil, sürücü, sürücünün indiyədək yol verdiyi qayda pozuntuları və ona verilən cəzalar barədə məlumat almaq olacaq.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, bu proses Bakıda başa çatandan sonra rayonlarda olan yol polisinə məxsus bütün avtomobillər bu kompüterlərlə təmin ediləcək.

Kamran Əliyev yol polisi avtomobillərində POS-terminalların quraşdırılma prosesinin davam etdiyini bildirib. Onun sözlərinə görə, yaxın 10 gün ərzində bu proses respublika üzrə başa çatacaq.

Kamran Əliyev bildirib ki, POS-terminallar vasitəsilə cərimələrin ödənilməsi kütləvi hal almayıb. Onun sözlərinə görə, plastik kartlarla ödəniş çox məhdud sayda sürücülər tərəfindən aparılır.






16 Yanvar, 2012  18:38 Baxılıb: 1088 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner