Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakıda külək güclənəcək

Rayonlara qar yağacağı gözlənilir

Bakı və Abşeron yarımadasında yanvarın 17-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Simsar.az-a verdiyi məlumata görə, bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Şimal küləyinin güclənməsi gözlənilir. Havanın temperaturu gecə 2-5, gündüz 6-9, axşam 2 dərəcəyədək isti olacaq.

Yanvarın 18-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecəyə doğru yarımadanın bəzi yerlərində yağıntılı olacağı proqnozlaşdırılır. Şimal küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 1-3, gündüz 3-5 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 17-də hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin müşahidə ediləcək. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.

Yanvarın 18-də bölgələrdə hava arabir yağıntılı olacaq, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-100 isti, dağlarda gecə 3-7 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti proqnozlaşdırılır Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 13-18 dərəcə şaxta olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yanvarın 17-dən 19-dək Abşeron yarımadasında küləkli hava şəraiti fonunda soyuq temperatur diskomfortu meteohəssas insanlar üçün əsasən əlverişsizdir.






16 Yanvar, 2012  16:36 Baxılıb: 1007 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner