Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Hava haqqında

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, yanvarın 13-dən 14-nə keçən gecə Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu, bəzi yerlərdə çiskinli, gündüz isə dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 7-11 dərəcə isti təşkil edəcək. 

Azərbaycanın rayonlarına gəlincə, yanvarın 13-dən 14-nə keçən gecə hava şəraitinin bəzi yerlərdə az yağıntılı olacağı, səhər kəsiləcəyi, gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15 dərəcə şaxta təşkil edəcək.

Milli Hidrometeorologiya Departamenti hava haqqında qısa icmalı da açıqlayıb. Yanvarın 14-ü gündüz, 15-də əsasən yağmursuz keçəcəyi, mülayim cənub küləyinin arabir güclənəcəyi, temperaturun ötən günlərlə müqayisədə nisbətən yüksələcəyi gözlənilir.






14 Yanvar, 2012  13:11 Baxılıb: 1891 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner