Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycanda süni mayalanmaya maraq artır

Bu əməliyyat təxminən 3000 manata başa gəlir

Azərbaycanda süni mayalanma (ekstrakorporal mayalanma) vasitəsilə ana olmaq üçün müraciət edənlərin sayı artır. Bunu Trend-ə Azərbaycanda süni mayalanma əməliyyatlarının həyata keçirildiyi ilk tibbi müəssisə olan Ailə Planlaması Mərkəzinin həkimi, süni mayalanma üzrə mütəxəssis Sevinc Sevdimalıyeva deyib.

Onun sözlərinə görə, əvvəllər insanlarda ekstrakorporal mayalanma əməliyyatına inam böyük deyildi. Hətta bir çoxları hesab edirdilər ki, süni mayalanma nəticəsində dünyaya gələnlər onların öz doğma uşaqları olmayacaq və ya doğulacaq körpə anormal uşaq olacaq.

"Amma artıq insanlar süni mayalanma nəticəsində nə qədər sağlam uşağın dünyaya gəldiyinin şahidi olurlar. Buna görə də süni mayalanma üçün müraciət edənlərin sayı gündən-günə artır. Azərbaycanda bu əməliyyatlar 2004-cü ildən həyata keçirilir", - həkim deyib.

Azərbaycanda sonsuzluq, xüsusilə kişi sonsuzluğu hallarının artdığını bildirən Sevdimalıyeva qeyd edib ki, cinsi yolla keçən xəstəliklərin sayının artması, siqaret, içki, zərərli vərdiş, qidalanma zamanı hormonal məhsullardan geniş istifadə, radiasiya, eyni zamanda, gərgin iş şəraiti və psixoloji anlar sonsuzluğun artmasına gətirib çıxarır.

Onun sözlərinə görə, artıq övladı olmayan cütlüklər bir neçə il davam edən effektsiz müalicələrdən uzaqlaşır, düzgün müalicə metodunun seçilməsinə daha çox üstünlük verirlər.

Süni mayalanma uzun və bahalı prosedurdur. Bu əməliyyat təxminən 3000 manata başa gəlir. Ekstrakorporal mayalanma cinsi hüceyrələrin kənarda mayalandırılıb qadının uşaqlığına köçürülməsindən ibarət olan prosesdir. Bunun üçün qadın hüceyrələri yetişdirilir və onlar kənarda kişi hüceyrələri ilə mayalandırılır. Mayalanma nəticəsində əmələ gələn embrion qadının uşaqlıq boşluğuna köçürülür.

Süni mayalanma zamanı qadının uşaqlığına yalnız iki embrion qoyulur. Buna görə də süni mayalanma nəticəsində 1 və ya 2 uşaq dünyaya gəlir. Amma uşaqlığa eyni vaxtda iki embrion qoyulduğu üçün süni mayalanma nəticəsində 2-4 dölün əmələ gəlməsi də mümkündür. Ümumilikdə süni mayalanmaların 40-45 faizi müsbət nəticələnir. Süni mayalanmada əkiz dölün yaranma faizi isə 30-35 faiz təşkil edir.

Mütəxəssisin sözlərinə görə, süni mayalanma nəticəsində 3 və ya 4 dölün əmələ gəlməsi yaxşı hal deyil. Bu, əslində metodun düzgün icra olunmaması nəticəsində baş verir.

"Dünyada uşaqlıq boşluğuna iki embriondan artıq embrionun köçürülməsi yasaqdır. Artıq neçə illərdir ki, bizdə də üç embrion qoyulmur. Tibbi göstərişlər də uşaqlığa iki embriondan artığını qoymağa icazə vermir. Biz qadının uşaqlıq boşluğuna ən keyfiyyətli iki embrionu qoyuruq. Həmin embrionların tutub-tutmaması artıq bizdən deyil, orqanizmdən asılıdır. Buna görə də əməliyyatdan sonra ya bir, ya iki embrion tuta və ya ümumiyyətlə, heç bir embrion tutmaya bilər", - Sevdimalıyeva bildirib.






13 Yanvar, 2012  19:09 Baxılıb: 1284 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner