Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İlin ən pis nef şirkəti, hakimi və ən yaxşı hüquq müdafiəçisi müəyyənləşib

“Bahar Enerji” və Nürəddin Bağırov qara siyahıya salındı  

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı (NHMT) illik hesabat yayıb. Təşkilatdan Simsar.az-a daxil olan məlumata görə, 2011-ci il üzrə “Ölkənin neft sektorunda insan hüququnu ən çox pozan şirkət”, “İlin ədalətsiz hakimi” və “İlin ən casərətli hüquq müdafiəçisi” müəyyənləşib.

2011-ci ildə ölkənin neft sektorunda insan hüququnu ən çox pozan şirkət

2011-ci il ərzində ölkənin neft sektorunda işçi hüquqlarının kütləvi surətdə pozulması ən çox “Bahar Enerji” ƏŞ və Hertel şirkətində müşahidə olunub NHMT idarə heyəti hesab edir ki, aşağıda qeyd olunan şirkətlər İlin “Ölkənin neft sektorunda insan hüququnu ən çox pozan şirkəti”nominasiyasına layiq görülsün

-“Bahar Enerji” ƏŞ 1.10.2010-cu il tarixində 11300-dən çox işçinin hüququnu pozaraq onlarla qeyri-qanuni müvəqqəti əmək müqaviləsi bağlamışdır.Məhz bunun nəticəsində 2011-ci il ərzində 500-nəfərədək insanı qeyri-qanuni işdən azad etmişdir.Azərbaycanın Əmək qanunvericiliyini pozan şirkət rəhbərliyi hala də cəzasız qalmışdır.
-2011-ci ildə“HERTEL INDASTRIAL SERVISES BV» şirkəti – 300-dən çox işçinin.hüququnu pozmuşdur. Bu şirkətdə 100-dən çox işçi ilə qanunsuz yollarla əmək müqaviləsinə xitam verilmişdir Azərbaycanın Əmək qanunvericiliyini pozan şirkət rəhbərliyi hala də cəzasız qalmışdır.

İlin ədalətsiz hakimi

Bəzi məhkəmə hakimləri əksər hallarda heç bir araşdırma aparmadan, təqdim olunmuş sənədləri notariat orqanları kimi təsdiq etməklə öz içlərini bitmiş hesab edir və işçilərin əleyhinə qərarlar qəbul edirlər. Bu da işçilərə böyük maddi və mənəvi ziyanın vurulmasına səbəb olur. Məsələn: işə bərpa barədə məhkəməyə əmək müqaviləsinə xitam verilməsi haqqında əmrlər təqdim olunarkən hakimlər bu əmrlərin verilməsinə səbəb olan halları və bu halların qanunauyğun olmasını araşdırılmır, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandıran hallara diqqət vermir, bu işlərə dair ekspertiza keçirilmir və ya ekspert rəyi alınmır, sənədlərin həqiqiliyi araşdırılmır və yalnız əmrlərin olması əsasında formal qərarlar qəbul edilir. Əksər hallarda məhkəmə hakimləri işəgötürənlərin xeyrinə qərarlar qəbul edilməsində maraqlı olurlar. Məhkəmə-Hüquq Şurası tərəfindən işçilərin hüquqlarının pozulması ilə nəticələnən Qətnamələr qəbul etmiş hakimlərin intizam məsuliyyətinə cəlb olunmaması da ədalətsiz qətnamələrin artmasında böyük rol oynayır. NHMT hesab edir ki, il ərzində aşağıdakı hakim öz ədalətsiz qərarları ilə başqalarından seçiliblər.
NHMT idarə heyəti hesab edir ki, aşağıda qeyd olunan hakim neftçilər üçün “İlin ən ədalətsiz hakimi”adlandırılsın.

-Nürəddin Abuzər oğlu Bağırov. Səbail rayon məhkəməsinin hakimi.(Mustafayeva Səmilə, Rzayev Nuru, 17 nəfər Hertel şirkətinin işçisi ilə əlaqədar çıxartdığı ədalətsiz qərara görə)).

İlin ən cəsarətli hüquq müdafiəçisi

NHMT işçilərin hüquqlarını müdafiə edir. Çoxlu sayda insanı maarifləndirir ki, onlar öz hüquqlarını müdafiə etsinlər. Təşkilat öz haqqını müdafiə endən hər bir insana böyük hörmətlə yanaşır. Təşkilat hesab edir ki, 2011-ci ildə öz hüquqlarını cəsarətlə müdafiə edən insanların sayı artmışdır. NHMT İB-nin idarə heyəti 2011-ci il üzrə neft sektorunda insan hüquqlarının vəziyyətini araşdırdıqdan sonra hesab etmişdir ki, Hertel şirkətinin işçisi Natiq Əhədov ölkənin neft sektorunda öz hüququnu müdafiə etməyi bacaran “ İlin ən cəsarətli hüquq müdafiəçisidir”

RUSLAN






12 Yanvar, 2012  15:22 Baxılıb: 1188 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner