Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Əvəz Zeynallının işini araşdıran İctimai Qrupdan yeni ittihamlar

"Axtarış zamanı mənzilin qapısı sındırılıb, hüquqi normativ sənədlərə riayət olunmayıb”

“Xural” qəzetinin məhbus baş redaktoru Əvəz Zeynallının işini araşdıran Pereventiv İctimai Təhqiqat Qrupunun hesabatı açıqlanıb.

Əvəz Zeynallı 2011-ci ilin oktyabrında həbs olunub. O, Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə təqsirləndirilir.

“Turan” xəbər verir ki, Preventiv İctimai Təhqiqat Qrupu Əvəz Zeynallının həbsi, evində və “Xural”ın redaksiyasında axtarış, qəzetin çapına maneələr, redaksiya kollektivinə qarşı hədələri araşdırıb. Qrup belə qənaətə gəlib ki, baş redaktor oğurlanaraq həbs olunub və Nəsimi Rayon Məhkəməsi heç bir hüquqi əsas gətirmədən onun haqqında 3 aylıq həbs qətimkan tədbiri seçib: “Baş redaktorun evində və qəzetin ofisində axtarış aparan zaman sənədlər tərtib edilməyib. Axtarış zamanı mənzilin qapısı sındırılıb, hüquqi normativ sənədlərə riayət olunmayıb”.

Preventiv İctimai Təhqiqat Qrupu baş redaktora qarşı deputat Gülər Əhmədovanın şikayəti əsasında qaldırılmış iddia üzrə onunla heç bir üzləşmə aparılmadığı qənaətinə gəlib: “Qrup jurnalistə qarşı biznesmenlər Sabir Tanrıverdiyev və Xanoğlan Muxtarovun şikayətləri əsasında verilən əlavə ittihamla bağlı da araşdırma aparıb. Araşdırma zamanı Xanoğlan Muxtarovun Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli ilə sıx əlaqədə olduğu üzə çıxıb”.

Preventiv İctimai Təhqiqat Qrupu bildirir ki, daxili işlər naziri Ramil Usubov 2011-ci il iyulun 29-da Əvəz Zeynallı ilə görüşü zamanı baş redaktora prezident İlham Əliyev və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev barədə tənqidi yazılara son qoyulması müqabilində rüşvət təklif edib: “Qrup “Xural” qəzetinin çapına qoyulan qeyri-rəsmi qadağalarla bağlı araşdırma aparıb, bu işdə Prezident Administrasiyası, MTN, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və Ədliyyə Nazirliyinin əli olduğunu aşkara çıxarıb”.






12 Yanvar, 2012  14:26 Baxılıb: 994 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner