Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Hərbçilərin sosial müdafiəsi gücləndiriləcək

Bununla bağlı yaradılmış komissiyanın ilk iclası keçirilib

Prezident İlham Əliyevin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" fərmanı ilə yaradılmış komissiyanın ilk iclası keçirilib. Maliyyə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, iclası giriş sözü ilə açan komissiyanın sədri, maliyyə naziri Samir Şərifov fərmandan irəli gələn əsas məqsəd və hədəflərdən bəhs edib. 

Son illər Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atıldığını vurğulayan komissiyanın sədri bildirib ki, sözügedən fərman Silahlı Qüvvələrdə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət büdcəsi vəsaiti hesabına mənzillə təminatına əsas yaradacaq.

S.Şərifovun sözlərinə görə, 1992-ci il yanvarın 1-də qüvvəyə minmiş "Hərbi qulluqçuların statusu haqqında" qanunda hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı müddəaların olmasına baxmayaraq, praktiki olaraq bunların həyata keçirilməsi mümkün olmayıb: "Çünki qanun qəbul olunarkən dövlətin real maliyyə imkanları düzgün qiymətləndirilməmişdi. Bu da sözügedən qanunun icrasını mümkünsüz edib. Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin dekabrın 28-də imzalanmış fərman isə Silahlı Qüvvələrin hərbi qulluqçularının mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tarixi bir qərar olmaqla, onların mənzillə təmin edilməsi məsələsinin həllinin real və praktik mexanizmini özündə təsbit edir».

İclasda dövlət vəsaiti hesabına mənzillərlə təmin olunacaq hərbi qulluqçuların siyahısının hazırlanması məsələsi də müzakirə olunub və bildirilib ki, qarşıya qoyulan məqsədə çatmaq üçün ilk növbədə fərmanda göstərilən müddətdə qüsursuz xidmət etmiş hərbi qulluqçuların siyahısının hazırlanması üçün istifadə olunacaq meyarlar düzgün müəyyənləşdirilməlidir.

Komissiya tərəfindən hərbi rütbə, hərbi vəzifə, xidmət yeri, həqiqi hərbi xidmət müddəti, o cümlədən Silahlı Qüvvələrdə, döyüş bölgəsində, döyüş əməliyyatlarında iştirak, yaralanma, travma və kontuziya, dövlət təltifləri, ailə üzvlərinin sayı, yaşayış şəraiti və dövlət tərəfindən xidmət dövründə mənzillə təmin olunma meyarlardan istifadə olunması qərara alınıb.

Eyni zamanda qərara alınıb ki, Müdafiə Nazirliyi müəyyən olunmuş meyarlara cavab verən hərbi qulluqçular barədə məlumatı Komissiyaya təqdim edəcək.

Qeyd edək ki, komissiyanın növbəti iclasının fevral ayının ilk dekadasında keçirilməsi qərara alınıb.






12 Yanvar, 2012  04:29 Baxılıb: 999 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner